Ah eylәmә, ey dil, mәnә canan, belə xoşdu,
Aşiqlәr üçündür qәmi- hicran, belə xoşdu.
Dövranә görә dövr edirәm, gәl mәni üzmә,
Get dәrdini çәk xәlvәti pünhan, belə xoşdu.
Dünya dәyişibdir demә, dünyadә nә tәqsir?
Bәrbad olub, әsla, әdәb-әrkan, belә xoşdu.
Bundan betәrin dövrü gәtir eylә nümunә,
Әlbәttә, deyәr dәrk edәn insan belə xoşdu.
Məcnunə deyin eylәmәsin düzdә gәdalıq,
Bu Leylilәrә mәncә bu dövran belə xoşdu.
Bülbül dolanan baği-gülüstanә çәkin xәtt,
Bayquşlara ver әksinә imkan, belə xoşdu.
Mən Elsevərəm, zindana yox, eşqə əsirəm,
Dərdimdi o yar, olmasa dərman, belə xoşdu.