Bu dərdi əbədi gizləyəcəyəm, Səndən həmişəlik əl üzəcəyəm, Dərdim dastan olsa mən dözəcəyəm, Qoyma ürəyimi yandırım yaxım, Çevir gözlərinə son dəfə baxım. Səni sənsizliklə paylaşacağam, Ağır dərd yükümü daşıyacağam, Baxıb ölə ölə yaşayacağam, Süzülüm gözündən qəlbinə axım, Çevir gözlərinə son dəfə baxım. Gedirsən yolunda gözüm qalacaq, Həyat yollarında izim qalacaq, Mən ölsəm dillərdə sözüm qalacaq, Gülləni köksümə qoy özüm çaxım, Çevir gözlərinə son dəfə baxım. Mənli xəyallarla yaşa sən daha, Sevincim çox ucuz dərdimdi baha, Yalvarıb tapşırma məni Allaha, Allaha bəllidir fəryadım,ahım, Çevir gözlərinə son dəfə baxım. Dedin ki,xoşbəxt ol,xoşbəxtlik bumu? Ömrümün tufanı sovurdu qumu, Sənə son