Dəyişib dövrü-zaman hamı gümanan danışır,
Molla rüşvətxanada,kafir imannan danışır.
Bir zaman eşşəyimiz arpa bəyənməzdi bizim,
İndi eşşəyimiz ölüb,atda samannan danışır.
Qalmayıb sevgi,məhəbbət işığından bir ümüd,
Məcnun artistlik edir,Leyli yalandan danışır...
Keçmişdə məşhur olan "qəhrəman aslanlarımız"
Meşəyə girmək üçün indi siçanan danışır.
İstədim dillənim,öz haqqımı isbat eləyim,
Dedilər:"Pulsuz olan insan haçannan danışır?"