Bir göz qırpımıKədər insanı kamillik zirvəsindən endirir.Tez oyanmışam. Hələ gecədir. Gözümü yumub yenidən yuxuya getmək istəyirəm, amma bacarmıram. Geniş, dumanlı bir düzəngahda, gerçəkliklə xülya arasında qalmışam. Yaxşısı budur lampanı yandırıb kitab oxuyum, məni təngə gətirmiş qarma-qarışıq fikirləri başımdan qovum, amma yorğunluq məni kütləşdirir, gözəl xatirələr aləminə dalıram. Hərdən bu xatirələr məni elə bürüyür ki, ömrünün hansı günlərini yaşadığımı unuduram. Amma şüur öz işini görür, xatirədən xatirəyə keçdikcə yerimdə qurdalanıram, üzümü sənin yastığına tərəf çevirirəm. Bəli, yastığını indi də hər gecə sağ tərəfdən yanıma qoyuram. Çevrilib sənin donuq sifətini görürəm. Son nəfəsi