Ömrünü gününü bizə sərf edən,
Hər isti yuvaya çıraqdı ata.
Qabarlı əliylə qayğılar çəkən,
Ruzi-bərəkətdi, nemətdi ata.
Övladın kömeyi, gərəyi odur,
Hər evin təməli, dirəyi odur.
Oğlun da, qızın da ürəyi odur,
Batmayan günəşdi, şərəfdi ata!
Ata nəfəsiylə isinir evlər,
Ata həsrətindən yanar könüllər.
Ata qucağında gülər körpələr,
Övladı ayırmaz bir tutar ata.
Atanın qədrini bilək dünyada,
Əlindən, üzündən öpək dünyada.
Atasız qalmasın kimsə dünyada,
Dərdlərə təbibdir, şəfadır ata