Son görüşde dedim bax gözlərimə,
Qəlbimi yerindən oynat demədim.
Dedim gəl son dəfə duyum səsini,
Danışıb məni də ağlat demədim...!
Dedim xatirəni bir-bir varaqla,
Dedin son səhifədi kitabı bağla,
Dedim bu sevdanın yasında ağla,
Hər gecə yastığı islat demədim...!
Zamanla sağalar yaralar sanma,
Bir qəlb qırıldısa sağalar sanma,
Sənsiz də ölmədim yaşadım amma,
Bu cür yaşayışa həyat demədim...!