Свернуть поиск
“Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı 2026-cı ildə jurnalistlərə və müstəqil mediaya təzyiq göstərdiyini bildirdiyi 33 şəxs və qurumun siyahısını açıqlayıb. Azərbaycan Prezidenti İlham Əliyev siyahının siyasi kateqoriyasında yer alıb. Təşkilat Azərbaycanda müstəqil medianın sıxışdırıldığını, jurnalistlərin həbs edildiyini və senzuranın institusionallaşdırıldığını bildirir.
RSF siyahını noyabrın 2-də - Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulması üzrə Beynəlxalq Gün münasibətilə yayımlayıb.
Təşkilatın İlham Əliyevlə bağlı ayrıca hazırladığı profildə bildirilir ki, onun prezidentliyi dövründə Azərbaycan müstəqil jurnalistikanın fəaliyyətinin ciddi şəkildə məhdudlaşdırıldığı ölkəyə çevrilib.
RSF-nin qiymətləndirməsinə görə, hakimiyyəti tənqid edən səslər susdurulur, müstəqil media qurumları bağlanır və ya xaricdə fəaliyyət göstərməyə məcbur olur. Təşkilat 2022-ci ildə qəbul edilmiş “Media haqqında” Qanunun senzuranı institusionallaşdırdığını bildirir.
RSF-nin məlumatına görə, hazırda Azərbaycanda 27 media nümayəndəsi həbsdədir. Təşkilat jurnalistlərə verilən həbs cəzalarının getdikcə ağırlaşdığına diqqət çəkir.
Azərbaycanla bağlı profildə 2026-cı ildə baş verən bir sıra hadisələr xüsusi qeyd olunub.
SON XƏBƏR
1 комментарий
2 класса
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
ABŞ Senatına seçilən ilk müsəlman senator, demokrat Abdul əs-Sayed Ermənistana xüsusi simpatiyası ilə tanınır.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, Sayed seçkiqabağı kampaniyasında ABŞ-dakı Erməni Milli Komitəsinin (ANCA) ona dəstəyini qiymətləndirib:
“Bu mübarizədə ANCA-nın dəstəyini almaq mənim üçün böyük şərəfdir. Miçiqan erməniləri ştatımızın dəyərli bir hissəsidir. Tramp administrasiyasının Azərbaycana hərbi yardım göstərilməsinə qeyd-şərtsiz razılıq verməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Miçiqan ştatından gələcək senator kimi erməni xalqının sülhünü, ləyaqətini, təhlükəsizliyini və öz müqəddəratını təyin etmək hüququnu müdafiə edəcəyəm”.
Qeyd edək ki, müsəlman-ərəb, həmçinin fələstinlilərin türk, Azərbaycan əleyhinə çıxışları, ermənilərlə birgə hərəkət etmələri ilk dəfə deyil.
SON XƏBƏR
1 комментарий
0 классов
AZAL-a dotasiya 20%-ə yaxın artırılır
Gələn il Azərbaycanın dövlət büdcəsindən Azərbaycan Hava Yolları QSC-yə bu illə müqayisədə 19,5% çox - 7,1 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.
Bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Dotasiya Naxçıvan Muxtar Respublikasına həyata keçirilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsinə ayrılır.
SON XƏBƏR
2 комментария
2 класса
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Türk Dövlətləri Təşkilatında (TDT) iştirakını məqsədəuyğun hesab edir
O, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşkilata Rusiyanın da qoşulması ilə bağlı son təşəbbüsünü şərh edərkən danışıb.
“Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakı məsələsinə gəlincə, bildiyiniz kimi, Rusiyada əhalisi tarixən, mənşəyinə görə türk olan bir sıra regionlar var. Buna görə də Rusiyanın belə bir təşkilatın fəaliyyətində iştirakı tamamilə anlaşılan, məqsədəuyğun və təbii olardı”, – deyə Peskov bildirib.
O, söhbətin Rusiyanın ayrı-ayrı regionlarının deyil, bütövlükdə Rusiya Federasiyasının təşkilatda iştirakından getdiyini xüsusi vurğulayıb.
SON XƏBƏR
1 комментарий
3 класса
🇦🇿👀 🤔 Əmlaklarının müsadirə olunduğu deyilir!
👉 Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə qərarıyla 14 (on dörd) il müddətinə azadlıqdan məhrum edilib.
🧑⚖️ Ramiz Mehdiyev bir sıra cinayətləri törətməkdə təqsirli bilinib.
⚡️Mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.
🏡 Ramiz Mehdiyev yaşadığı bağ evindən məhkəməyə online olaraq qoşulub.
❓Məhkəmənin hökmü ədalətli hesab etmək olar?
SON XƏBƏR
3 комментария
5 классов
Stop sözünü dilimizdən çıxaraq, əvəzində "toxta" yazaq - Hikmət Babaoğlu
‼️FİKİRLƏRİNİZ MARAQLIDIR‼️
⭕⭕⭕ Deputat Hikmət Babaoğlu maraqlı təkliflə çıxış edib.
Hikmət Babaoğlu vurğulayıb ki, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu daha hansı sözlərin dilimizə gətirilməsi ilə bağlı yeni təkliflər verməlidir: "Məsələn, şəhərdə yol-nəqliyyat nişanlarının olduğu lövhələrdə "Stop" sözünü əvəzləmək mümkündür.
Yol nişanları lövhələrindəki "Stop" sözünün əvəzinə "Dur", ya da "Toxta" sözünü işlətmək daha məqsədəuyğun olar. Aydındır ki, "stop" bizim sözümüz deyil. "Dur" əmr formasındadır və burada hərəkətin davamlılığı ifadə olunmur. Amma onun əvəzinə "toxta" sözünü işlətsək, bu sözdə hərəkətin davamı ilə bağlı müəyyən semantik çalar da var. Yəni dayan, nəfəsini dər və sonra hərəkətinə davam et. Beləliklə, üç semantik məna bir sözdə cəmləşir. Bəlkə, yol hərəkətini tənzimləyən nişanlarda da bu sözlərə qayıdaq? Axı bu, bizim öz sözümüzdür".
SON XƏBƏR
2 комментария
3 класса
👮♀️ Penitensiar xidmətin rəisi, ədliyyə nazirinin müavini Mirsaleh Seyidov tutduğu vəzifələrdən azad edilib
✍️ Bu barədə İlham Əliyev sərəncam imzalayıb.
🎖 General-mayor Mirsaleh Seyidov 2023-cü il iyulun 10-da ədliyyə nazirinin müavini və penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilmişdi.
👮♂️ Prezidentin sərəncamı ilə onun yerinə 49 yaşlı Sahib Rzayev təyin edilib.
🚓 İxtisasca hüquqşünas olan Sahib Rzayev 2025-ci ilin iyul ayından Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsini icra edirdi.
SON XƏBƏR
2 комментария
4 класса
Efiri Aygün, Röya, Faiq kimi Xalq artistləri korladı, günahkar da Polad Bülbüloğludur - Əli Mirəliyev
Müğənni Əli Mirəliyev: “Bu gün ixtiyarım olsa, müğənnilərin çoxunu efirə buraxmaram. Hansı ki, toylara ən baha qiymətə gedirlər. Aygün, Röya, Faiq kimi Xalq artistləri korladı efirləri.
Günahkar da Polad Bülbüloğludur. Çatana Xalq artisti adı verib. Xalq artisti xalqın sənətkarı olmalıdır. Özünü xalqdan qorumalı deyil. Mən çox şeylər görmüşəm. Aygün Kazımova kimdir ki, yanında cangüdən gəzdirir? Bu deputatdır, iş adamıdır, kosmonavtdır, nədir? Sən adi oxuyansan. Əlindən başqa heç nə gəlmir. Nəyinə görə qorxursan? Öldürərlər səni? Xalqın zəhləsi getmiş insan ki, onlardan qorxursan. Mən Mərdəkanda tək gəzib-dolanıram. Kimdən qorxmalıyam? Xalqın mahnısını düzgün ifa edin ki, onlardan da qorxmayasınız. Müğənnidən də tələb olunan budur”.
SON XƏBƏR
1 комментарий
6 классов
Gənclərin gec ailə qurmasının əsas səbəblərindən biri müasir düşüncələrilə bağlıdır - Könül Nurullayeva
Deputat Könül Nurullayeva:
“Hesab edirəm ki, gənclərin ailə qurmağı daha gec yaşlara saxlamasının əsas səbəblərindən biri müasir gənclərin düşüncələrilə bağlıdır. Belə ki, gənclərin əksəriyyəti əsasən təhsil almağa, peşəkar inkişaf etməyə və gələcəkdə daha sabit həyat qurmağa üstünlük verirlər. Onlar ailə qurmağı təkcə şəxsi münasibət deyil, həm də böyük məsuliyyət kimi qiymətləndirirlər.
Buna görə də gənclərin ailə qurmağa gec qərar verməsini yalnız ənənələrdən uzaqlaşmaq kimi deyil, dəyişən sosial və iqtisadi şəraitin nəticəsi kimi dəyərləndirmək lazımdır. Mənim yanaşmam bundan ibarətdir ki, möhkəm ailə erkən qurulan ailə yox, sosial, iqtisadi və emosional baxımdan hazırlıqlı insanların qurduğu və davam etdirdiyi ailədir”.
SON XƏBƏR
0 комментариев
1 класс
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizminin tətbiqi qaydalarını təsdiqləyib
Qərara əsasən, məktəblərdə hər bir təhsilalana düşən illik təhsil xərcləri müəssisənin növünə və şagirdin təhsil aldığı səviyyəyə uyğun hesablanacaq.
Qərar 2026-cı il sentyabrın 15-dən tətbiq edilir. Yeni maliyyələşmə mexanizmi 2026/2027-ci tədris ilindən başlayaraq mərhələli şəkildə həyata keçiriləcək.
Təsdiqlənən sənədə əsasən, bir təhsilalana düşən illik baza xərci tam orta ümumtəhsil məktəblərində 2 000 manat, lisey və gimnaziyalarda 2 200 manat, ümumi təyinatlı internat tipli məktəblərdə 2 500 manat, internat tipli lisey və gimnaziyalarda isə 3 000 manat müəyyən edilib.
Maliyyələşmə necə hesablanacaq?
Məktəblərə ayrılacaq vəsait şagirdlərin sayına və təhsil səviyyəsinə görə hesablanacaq. Bunun üçün hər bir təhsil səviyyəsindəki şagirdlərin sayı həmin səviyyə üzrə müəyyən edilmiş illik xərcə vurulacaq və nəticələr toplanacaq.
Bundan əlavə, təhsil səviyyəsinə uyğun artım əmsalları tətbiq ediləcək. İbtidai təhsil üçün əmsal 1, ümumi orta təhsil üçün 1,25, tam orta təhsil üçün isə 1,70 müəyyənləşdirilib.
Məsələn, tam orta ümumtəhsil məktəbi üçün 2 000 manatlıq baza məbləği götürüldükdə, ümumi orta təhsil səviyyəsində bir şagirdə düşən hesablanmış məbləğ 2 500 manata, tam orta təhsil səviyyəsində isə 3 400 manata çatır.
SON XƏBƏR
4 комментария
10 классов
загрузка
Показать ещёДополнительная колонка
О группе
Новости... - Xəbərlər...
Новости, публикуемые от имени группы, это новости скопированные из новостных сайтов. За это Администрация НЕ несет ответственность!!! - Qrup adından yerləşdirilmiş məlumatlar digər xəbər saytlarından kopyalanmış məlumatlardır. Buna görə Qrup Rəhbərliyi heç bir məsuliyyət daşımır !!!
- Баку
Показать еще
Скрыть информацию
Фото из альбомов
Ссылки на группу
Правая колонка

