PİS DOST VƏ PİS MÜHİT
«İnsan öz dostunun dinində olacaqdır».
İnsan təsir altında olarkən dəyişkən xarakterə malik bir varlıqdır. O,
ünsiyyətdə olduğu insanların xasiyyətini götürür, mühitin təsiri altında
rəngini dəyişir. Pis əxlaqlı, günahkar insanlarla dostluq insanın
bəlasıdır. İnsan dost olduğu, məhəbbət bağladığı insanın nöqsanlarını
adətən, nöqsan kimi yox, yaxşı sifət kimi qəbul edir.
Həzrət Əli (ə)
buyurur: «Müsəlman günahkarla dostluq etməməlidir. Çünki günahkar dost
öz pis işlərini yaxşı qələmə verir və çalışır ki, hamı onun kimi olsun.
Pis dostda nə dünya, nə də axirət faydası var. Onunla get-gəl
abırsızlığa səbəb olar». İmam Sadiq (ə) buyurur: «Günahkar, axmaq v
Bir gənc Kəbədə həmişə belə dua edirdi: Ey doğru olanların yardımçısı olan Allahım, ey haramdan çəkinənlərin yardımçısı olan Allahım, ey əmanəti öz sahibinə qaytaran Allahım, sənə həmd olsun!. Bu vəziyyət oradakıların diqqətini cəlb etdi və gəncdən bunun səbəbini soruşdular: Nəyə görə həmişə eyni duanı edirsən? Məgər başqa dua bilmirsən?.
7-8 il əvvəl Kəbədə qızılla dolu bir torba tapdım. Torbada 1000 qızıl var idi. İçimdən bir səs: Bu qızıllara sənin çox ehtiyacın var deyirdi. Sonra düşündüm ki: Olmaz, sənin olmayan haram mal ilə xoşbəxt ola bilməzsən. Bu, günahdır. Elə bu vaxt bir kişinin torbanı axtardığını gördüm. Mən torbanı yiyəsinə qaytardım. Qızıllarını tapan şəxs çox sevindi və mənə