Özüm yıxılmışam öz istəyimlə, Daha da sən yıxıb öldürmə məni, Çox şey istəmirəm gülüm, bir azca, Ümid ver yaşayım, öldürmə məni.. Böyükkən eşq məni etdi balaca, Körpə uşaq kimi qaçıb arxanca, Yıxılır, gah durur sənə qaçınca, Ümid ver yaşayım, öldürmə məni.. Bax bir gözlərimə göz yaşlarıma, Səninçün üzülən baxışlarıma, Düşərsən qəm dolu yağışlarıma, Ümid ver yaşayım, öldürmə mən