Çox fikirləşirəm, bilirsən niyə? Görəsən dozərəmmi bu sənsizliyə? Ayrılıq seçimin sən etdin deyə, Bu sənə yazdığım son mesajımdır. İçimdə bir qorxu, içimdə təlaş, Deyirəm ayrılıq olmayaydı kaş. Əlimdə telefon, gözlərimdə yaş, Bu sənə yazdığım son mesajımdır. Arzularım batır kədərdə, qəmdə, Qəmə təslim olub, söz deməsəm də, Mən səndən ayrılmaq istəməsəm də, Bu sənə yazdığım son mesajımdır. Sənli arzuları ürəkdən alan, Mənimçün həqiqət, səninçün yalan. Bəlkə də bunun üçün cavabsız qalan, Bu sənə yazdığım son mesajımdır. Artıq xatirədir yaşanıb, ötən. Eşqin, hər misrada dəyəri itən, Salamla başlayıb, sağ olla bitən, Bu sənə yazdığım son mesajımdır....