Muhərrəm ayı üçün oxuduğum
"Solan rəng ilə getdin" adlı mərsiyyə, artıq youtube'da klip olaraq paylaşıldı.
Buyurun izləyin
Fikirlərinizi şərh bölməsinə yaza bilərsiniz
Linki Paylaşaraq dəstək olaq.
Hörmətlə : Sadiq Cəfəri
https://youtu.be/1M3IPvGrFzE
Ustad Füruğinin (Allah onu qorusun) məhzərində
İnsan aləmin meyarıdır
Əxlaq və mərifət böyüklərinin bəzilərinin təbirinə görə, insan “mikyalul-əşya”dır (hər bir şeyin tərəzisidir). Yəni aləmdə olan hər bir şeyin dəyərini başa düşmək istəsək, “insan” tərəzisi ilə onu ölçmək lazımdır.
“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur!” (“Bəqərə” surəsi, ayə 29)
“Göylərdə və yerdə olanları sizə ram etdi”. (“Loğman” surəsi, ayə 20)
Bütün aləmin dəyəri odur ki, insanın vücudunun meyarı ilə ölçülsün.
Aləmdə olan hər hansı bir şeyin qiymət və dəyərini bilmək istəsək, onun insan həyatı və onun vücudu ilə hansı həddə ilgili