Musanın (ə) Allah Təalaya verdiyi suallar:
Peyğəmbərlərin (ə) bir çoxu, xüsusilə də İslam Peyğəmbəri (s) Allah Təalaya maarif məzmunlu suallar verərdilər. Mehriban Allah da onların cavabını verərdi. Bu sualların bir çoxu əxlaqa aid olurdu.
Bu sualların bir neçəsinə nəzər salaq.
İmam Həsən Əsgəri (ə) buyurur: “O zaman ki, Həzrət Musa (ə) Allahla söhbət edərdi, buyurardı:
- “Allahım! O kəs ki, şəhadət verər ki, mən Sənin rəsulunam və Sən mənimlə söhbət edirsən, bunun savabı nədir?”.
Allah buyurur:
- “Mələklərim onun yanına gələr və ona behişt müjdəsi verərlər”.
Həzrət Musa deyir:
-“O kəs ki, dərgahında dayanar və davamlı olaraq namaz qılar, savabı nədir?”. Buyurur:
-“Rükusuna, səcdəsinə