İnsan üç şeyin arxasınca getməlidir: həqiqətin, xeyirin, gözəlliyin... İnsan üç şeydən uzaq olmalıdır: zülmdən, küfrdən, cəhalətdən... Üç şeydən qaçmalıyıq: yersiz sərtlikdən, tam doymaqdan, hədə-qorxudan... Üç kəsdən qorxmalıyıq: mərhəmətsizdən, ikiüzlüdən, pis əməl törədəndən... Üç adama əl tutun: xəstəyə, qəribə, ümidsizə... Üç hakimin hökmündə xəta axtarmayın: qəlbin, qədərin, ölümün... Üç şey səadətin açarıdır: təvazökarlıq, qənaət, ölümü düşünmək... Üç kəsi sevməyən ruh qəbir kimi qaranlıqdır: Allahı, uşaqları, güclü olmayanlara itaəti... Dünya üç şeylə cənnət olar: əlində olanı verməklə, bağışlamaqla, hidayət yolunu göstərməklə... Üç yerdə insan özünü tanıyar: tövbədə, zalımın zülmü a