Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Vağzalı yoxsa Bağzalı(Boğəzal)?!
Gilan torpaqları Qaraxanın(Siyoxan) dövründən
tutmuş düz Mir Mustafa xana qədər Talışa tabe idi.
Lakin Gilanı işğal edən Qacarlar onu İranın tərkibinə
daxil etdilər. Buna qəzəblənən Mir Mustafa xan
Gilanı Qacarlardan qaytarmaq üçün talışlardan
ibarət 3minlik qoşunu ilə İrana yürüş edir və
Qəzvində Qacar qoşunu ilə toqquşur. Bu döyüşdə
Talışların göstərdiyi şücaət, həmçinin Mir Mustafa
xanın ağıllı taktikası Qacar ordusunu pərən-pərən
edir və Mir Mustafa xan həmən döyüşdə Şah
Qacarın ordusuna qalib gəlir. Qələbədən ruhlanan
Mir Mustafa xan Qacarların paytaxtı olan Tehranı
tutmaq istəyir və qoşunu Tehrana tərəf aparır. Bu
xəbəri alan Ağa Məhəmməd şah Talış ordusunun
qabağını almaq üçün 7minlik qoşunu Mir Mustafa
xanın qoşununun üstünə göndərir, Qoşunların say
nisbəti İranlıların xeyrinə olsa da, onlar Mir Mustafa
xanı məğlub edə bilmirlər. Aparılan danışıqlardan
sonra Mir Mustafa xan öz qoşununu İrandan
çıxardır, bunun müqabilində isə Ağa Məhəmməd
şah Qacar Gilanın Talış ərazisi olduğunu tanıyır.
Mir Mustafa xanın İrana bu yürüşü Talış xanlığının
ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, hər il
Gilandan Talış xanlığına xərac verilməsi ilə
nəticələnir . Mir Mustafa xanın bu parlaq gələbəsi
Talışda bir bayram kimi qeyd olunur. Mir Mustafa
xanın qızı Qəmərağa xanım öz gündəliyində yazir:
"Atamın yaxın qohumları, ailəsi və Talış əhalisi
Xanı Butəsər (indiki Pensər) kəndində bir bağda
gözləyirdilər. Yağış yağdığı üçün bağdakı ağacların
üstü xalçalarla örtülür və böyük bir zal hazırladılır.
AtamMir Mustafa xan Bağdan düzəldilmiş Zala –
Boğəzala daxil olan kimi, əslən Şamaxıdan olan
musiqiçilər heç yerdə səslənməyən, Talış Xanına
həsr etdikləri, marşa oxşar bir musiqini çalırlar, bu
anda mənim bibim oynaya-oynaya atamın
qabağına gəlib, onu qarşıladı" Qeyd üçün bildirim
ki, bu mahnı Talışda Bogəzalı kimi məhşurlaşır,
sonradan bütün Azərbaycana yayılır və adı
dəyişikliklərə məruz qalaraq "Vagzalı" kimi tanınır.
Mənbə:
1."Mir Mustafa Xan"
Razzaq Xansuvar,Tolışon Sədo qəzeti, №05,
04.11.2011
2.Qəmərşah Cavadov "Talışlar"

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев