Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Talış diyarı Azərbaycanımızın qədim və gözəl güşələrindən biridir.Talış ovlağında və dağlarında minlərcə toponim var amma bu toponimlərin mənşəyini biz hələdə dəqiq tapa bilmirik.Son zamanlar bır sıra toponimlərin sirləri bəlli olub ,amma belə toponimlər var ki onun mənşəyi əsası olmayan bir mənaya cıxı r.Bu azmış kimi öz kəndinin tarixini bilməyən bəzi adamlar kəndin adını DƏYİŞDİRƏRƏK BİYƏDƏBLƏŞDİRİR.Bəle ,bəle biyədəbləşdirir.Lənkəranda Ğumuşəvon(Ğomşəvan,Qomşevan)kəndin adı Göy Şaban olub.Soram Marso kəndi Ürgə olub və s.Hələm Ozobijon kəndinin adı Azərbaycan soramda QUNAŞLİ(GÜNƏŞLİ)olub..nəisə bizim millət cox fentezi yaradan millətdir..Gunah kimdədir bilirsiz? Kənd sakinlərin özlərində.Bunada Nəisə deyek baxaq nə olurda...
İndi kecək mənşəyi səhv araşdırılmış kəndlərdən birinə.Masallının GƏYƏÇÖL kəndi var.Kəndin toponimi barədə bu fikiri söyləyirlər:
"Masallı rayonunun Gəyəçöl kəndinin tarixi qədim olsa da, əhalisinin indiki əraziyə köçməsi 300 ildən bir az artıq vaxta təsadüf edir. Bu kəndin sakinləri köçdən əvvəl "Arxarası" deyilən yerdə (Masallı rayonunun Viləş çayının üstündə - Alma bağları kimi tanınan ərazidə) yaşayıblar. Kəndin əvvəlki adı "100 ev" olub. Kəndin bu cür adlandırılmasının səbəbi isə kəndin 100 evdən ibarət olması olub. Sonradan köç nəticəsində kəndin sakinləri indiki ərazidə məskunlaşmışlar.
Əsasən çəmənlik ərazidən ibarət olan bu böyük əraziyə Göy çöl deyirlərmiş. Bu kəndin adı da əvvəllər Göy çöl, sonralar Gen çöl, hazırda isə Gəyəçöl kimi formalaşmışdır. Qonşu kəndlərin sakinləri hələ də kəndin adını Gençöl kimi işlədirlər.
Amma Azərbaycan respublikasının enisklopediyasında və akademik Budaq Budaqovun "Azərbaycanın Lənkəran regionunun toponimlərinin izahlı lüğəti" kitabında Gəyəçöl kəndinin adı haqqında qeyd olunanlara əsaslanıb demək olar ki, Gəyəçöl sözü - «Gəy» (Bu sözün kökü Türk dillərindəki «köy» sözündən olub, Azərbaycan dilində «kənd» mənasını daşıyır.) «kənd» mənasını verən söz, «ə» birləşdirici saiti və çöl sözündən ibarətdir."
Bunlar hamısı yalandır.Özudə Məlikməmmədin fantastik nağılıdır.
Gəlin tarixi faktlara nəzər yetirək.
Gürcustan Milli Dövlət Arxivində Lənkəran qəzası haqda eləcədə qəzada olan kəndlər haqda xeyli materiallar var.Bu materiallar içində yuxarıda adı çəkilən GƏYƏÇÖL kəndi haqdada məlumat var.
Arxiv sənədlərində Gəyəçöl kəndin adı Qeqeçol(Kaqocol)kimi yazılıb.Qəqəçol kəndi Lənkəran qəzasının Ərkivan dairəsinə daxil olmuşdur.1853 cu ildə Qəqə-çol kəndində 65 ev,262 kişi,182 qadın yaşamışdır.Kəndin "Polojeniya" bölməsində ,sənəddə belə yazılıb: " Pri kolodsax" yəni Çaya dənizə çıxışı olmadığı ucun quyulardan istifadə edir.Kəndin əsas əhmiyyəti quyulardan ibarətdir.Demek artıq kəndin mənasını açmaq birazda asanlarşdı.Arxiv sənədlərində kəndin adının Qeqe Çol (Kaqa Çol) olması ustəlik quyu ilə bağlılığ kəndin mənasını acır.
Talışlar quyuya ÇOL deyirlər.Bəs QƏQƏ(KAQA)nədir?
Rəhmətlik nənəm Fizzə xanım öz nəsli Rzayevlərin Qəqəçoldan Penə Nuədiyə gəlmələri haqda cox deyirdi.Nənəmin qardaşı Lenin ordenli muəllim Rzaqulu Rzayevdə Qəqəçoldan gəldiklərini və orada ulu babaların adın ŞIX RIZOĞOLİN Penə Nuədiyə köcməsini danışardı.Bunlardan əlavə Boyuk dayım deyirdiki biz öz ulu babalarımıza QƏQƏ vəya ŞIX deyerek muraciyət ederdik.Kəndimizin adıda ulu Babamız Tayfanın ağsaqqalı olan QƏQƏ ĞOLİNİN adınadır.QƏQƏ ĞOLİ ORAND MAHALINDAN ŞIXİHAYDO(ŞIX HEYDƏR) tayfasından olub.18 əsrin əvvəllərində Orand mahalından indiki Masallı ərazisinə köc edib ,mülk sahibi olub sonradan onun məskən saldığı yerdə əhali coxalıb və indiki QƏQƏÇOL kəndin ərazisiniə EL AĞSAQQALI (QƏQƏ)NİN QUYUSU deyilən yerdə məskən salıblar.
Bu izaha bir məlumatda qeyd edim ki QƏQƏ talışlarda xususən Orand tayfasında Ağsaqqala, ataya ,boyuyə verilən addır.
Tarixi sənədlərlə və bəzi tarixi faktlarda kəndin mənasını tapa bildik demek kəndin adı GƏYƏÇÖL yox QƏQƏÇOL dur.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев