Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Bizlərdən və sizlərdən biri olan, xalqımızın təəssübküş ziyalısı Hilal Məmmədovun şərlənərək həbs edildiyini bilirsiniz. Həbsə əsl səbəb isə onun bizim haqlarımız uğrunda mübarizə aparamasıdır. Faşist rejim təbii ki, bunu istəmir. Onlar bizim - talış xalqının özünü umutmasını və silinməsini istəyir. Lakin biz birlik olaraq buna qarşı mübarizə aparmalıyıq. Mübarizə isə çox asandı. Lazım olan məqamlarda bir olub, bu yolda öndə gedən insanlara dəstək olmalıyıq! Məsələn, - http://www.kavkaz-uzel.ru/ saytında "Qafqazın Qəhrəmanı 2013" səsverməsi keçirilir. Xalqımızın mərd oğlu Hilal müəllimin də adı bu siyahıdadır. Erməni və gürcülərin də olduğu bu siyahı Qafqazdakı siyasi məhbuslardan düzəldilib. Bizim etməli olduğumuz şeylər isə bunlardır:
* Linkə daxil olub, sağ tərəfdə alt-alta adları və şəkilləri olan insanların arasında "Гилал Мамедов - Экс-главред газеты Толыши садо" olan bölmədə boşluğu işarələyin və biraz aşağıda "Голосую!" tıklayaraq səs verin. Qeydiyyatdan keçmək lazım deyil. Sadəcə işarələyin və səs verin.
* Daha sonra isə daha vacib olanı, bütün dostlarını da səs verməyə dəvət edin. Öz profillərinizdə bu statusu ya da sadəcə linki paylaşaraq hamını səs verməyə dəvət edin. Əgər səhifələriniz varsa, orda da paylaşın userləri səs verməyə çağırın.
Vaxtilə çox insanlara yardım etmiş, onları müdafiə etmiş Hilal müəllimə dəstək olmağın vaxtıdır! Bu birlik və millət işində dəstək olan hər kəsə minnətdarıq!

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев