Свернуть поиск
Дополнительная колонка
Правая колонка
ana dillərində yalnız ailə
içərisində sərbəst danışa bilir.
İctimai yerlərdə bu, heç də
həmişə yaxşı qarşılanmır. Bəzən
ətrafdan eşidirlər ki, bu nə dildir
danışırlar?
Bu sözləri milliyyətcə talış olan
vəkil Ramiz Məmmədov deyir.
Onun sözlərinə görə,
Azərbaycanda talışların kompakt
yaşadığı Talış bölgəsində(cənub
bölgəsindəki) məktəblərdə talış
dilində ibtidai təhsil almaq
mümkün olsa da, bu dildə tam
təhsil almaq mümkün deyil:
«TALIŞLAR BU ÖLKƏDƏ İKİNCİ
BÖYÜK XALQ SAYILIR, ANCAQ…»
- Talış dilində dərsliklər son dəfə
1995-ci ildə tərtib olunub. Ondan
sonra dərsliklər yenilənməyib.
Azərbaycanda situasiya
paradoksaldır. Rəsmən talışlar bu
ölkədə yaşayan ikinci böyük xalq
sayılır, ancaq onlar bunu
pasportlarına yazdıra bilmirlər.
1930-35-ci illərdə sovet
ideologiyasına uyğun olaraq yerli
türklərin adı rəsmi sənədlərdə
azərbaycanlı olaraq yazıldıqdan
sonra bu, ölkədə yaşayan bir sıra
xalqlara, o sıradan talışlara da aid
edildi.
Ramiz Məmmədov bildirir ki, bir
neçə il öncə Azərbaycanda ən
azsaylı xalqlardan sayılan Xınalıq
camaatının dilinin və
mədəniyyətinin qorunması ilə
bağlı sərəncam imzalanandan
sonra talışlar da milli azlıq olaraq
dövlətdən eyni diqqəti
gözləməkdədirlər. Ancaq hələlik
gözləntilər müsbət nəticə vermir.
Statistikaya görə, Azərbaycan
vətəndaşları 22 dildə danışır. Bu
sırada talış, ləzgi, avar, saxur,
ingiloy, tat, kürd, xınalıq, ivrit
dilinin bir neçə qolu da var.
Ancaq Azərbaycan
vətəndaşlarının ortaq dili yerli
əhalinin danışdığı türk dilidir.
Stalin dönəmində türk dilinin adı
Azərbaycan dilinə dəyişdirilsə də,
yerli əhali arasında bu gün də bu
dili türk dili adlandırırlar.
Azərbaycanın Rusiya ilə
həmsərhəd şimal bölgəsində
daha çox ləzgilər yaşayır. Əsasən
7 rayonda yaşayan ləzgilər öz
dillərində təhsil ala bilmirlər.
Azərbaycanda çıxan «Samur»
qəzetinin baş redaktoru Sədaqət
Kərimova AzadlıqRadiosuna
bildirir ki, ləzgilər məişətdə öz
milli ənənələrini davam etdirirlər.
Ancaq təhsil almaq, qəzet, jurnal
çap etmək ciddi problem olaraq
qalmaqdadır:

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев