Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Bir gün ova getmiş dim.Bu dəfə Canavar yuvasını tez tapdım.
Ana Canavarı yerindəcə güllələdim, balalarını isə itim gəmirdi.
Axşam bu olayı evdə və oturduğum kafedə şərəflə danışdım.
Səhərisi gün həyətdəki hay küyə və itin zingiltisnə yuxudan oyandım və tez həyətə qaçdım.
Gördüyüm mənzərə məni dəhşətə gətirdi.
Həyətdə böyük bir Canavar var idi.İtim qorxusundan tövlənin dibinə qısılmısdır.
Canavarın yanında isə mənim iki yaşlı oğlum durmuşdur.
O təhlükəni hiss etmirdi. Mən oğluma heç nə ilə kömək edə bilmirdim.
Canavar məhv elədiyim ailənin intiqamını almağa gəlmişdi.Canavarla gözləriniz sataşdı.Mən az qala ona yalvarmağa başlayırdım.
Oğluma dəymə onun əvəzinə məni parçala.Acizlikdən gozlərim yasla dolmuşdu.
Oğlum canavarın quyruğnu buraxıb mənə tərəf qaçdı.Mən onu bağrıma basdım.
Canavar isə sakitcə çıxıb getdi.O qisasını almisdir.Məndən fərqli o qansız və ölümsüz öz ailəsinin qsasini aldı.
Öz ağrısını mənə verib getdi.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев