Свернуть поиск
Правая колонка
20 ildən sonra rejissor Rasim Ocaqovun qəhrəmanları - Təhminə ilə Zaur görüşüblər.
Xalq artisti Fəxrəddin Manafov – Zaur, türkiyəli aktrisa Meral Konrat – Təhminə Bakıda yenidən bir araya gələrək “Nargis” jurnalı üçün fotosessiya ediblər.
Fotoqraf Emil Ağayevin kamerası önünə keçən aktyorlar yenidən o illərə qayıdıblar.
Qeyd edək ki, xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri əsasında rejissor Rasim Ocaqovun 1993-cü ildə ekranlaşdırdığı “Təhminə” filmində xalq artisti Fəxrəddin Manafov – Zaur, türkiyəli aktrisa Meral Konrat – Təhminə rolunda çəkiliblər.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев