Bismillahir-rəhmanir-rəhim.Sizin üçün Əli əleyhissalamın Allah yanında hansı məqam sahibi olduğunu həzrət Salman əleyhissalamın dili ilə yazıram.
Həzrət Salman əleyhissalam buyurur: Bir gün həzrət Rəsul Əkrəm səlləllahu ələyhi və alihi və səlləmin hüzuruna şərəfyab oldum gördüm Həzrət səcdə halındadı və kəlmələr deyir yaxşı eşitmək üçün yaxına gedib qulaq verdim gördüm buyurur: Xudaya səni Əlinin həqqinə and verirəm boynuma yüklənmiş olan günahları yüngülləşdir. Salman deyir mən təəccüb etdim və səbr etdim həzrət başın səcdədən qaldırdı ərz etdim ya Rəsul Allah siz Allahı Əlinin həqqinə and verdiniz? Həzrət buyurdu: Ey Salman istəyirsən Əlinin məqamın sənə aşkar edim və izah edim get bəqiyy qəbristanlığına Bəndarı səda et sənin yanına gələndən sonra Əlinin kim olduğunu ondan sual et. Salman deyir mən bəqi qəbristanlığına daxil oldum və səda etdim gördüm boyük cüssəli bir şəxs yanımda peyda oldu. Mən ondan soruşdum. O dedi mən Mədinə yəhudilərindən biriydim. Lakin mənim qəlbimdə Əlinin məhəbbəti var idi. O səviyyidə idi ki mən hər gün yolun kənarında dayanıb ağa Əli əleyhissalamın evdən çıxanda mübarək və nurani olan camalın ziyarət edirdim. Bir gün yenədə heləcə dayanmışdım amma Əli əleyhissalamdan bir xəbər olmadı soruşdum dedilər məsciddədir mən müsəlmanların qorxusundan məscidə daxil olmadım amma məciddin yanında dayandım ki, şayəd onun nurani camalın görə bilim. Görə bilmədim və işlərimin də dalınca gedə bilmədim. Ona görə məscidin lap yaxınlığına gəldim gördüm ağa Əli əleyhissalam məscidin ortasında dayanıb öz yerindən hərəkət etdi mənim tərəfimə baxdı o misildə ki, bilirdi mən onu görmək istəyirəm. Onu ziyarət etdim sonra işimin dalınca getdim. Nagah əcəlim yetişdi dünyadan küfr halında getdim və məni atəşin tərəfinə çəkdilər lakin atəş mənə az qalmış məndən uzaqlaşdı və mənə ziyan vermir bu mənim qəlbimdə Əli əleyhissalama olan məhəbbətə görədir.
Peyğəmbər Girami buyurub: حبّ علىٌ ايمان و بعضه كفرٌ و نفاق ---Əliyə məhəbbət imandır və Əliyə düşmən olmaq küfr və nifaqdır.
Və yenə buyurub: لواجتمع الناس على حبه ما خلق اللّه النار ---Əgər bütün insanlar Əliyə məhəbbət etsəydilər Allah cəhənnəmin odunu xəlq etməzdi.
Allah bizim qəlblərimizə Əli əleyhissalamın məhəbbətini versin və onların yolunun davamçılarından olaq Allah bizi qiyamət günündə 14 məsumun şəfaətindən binəsib etməsin inşaAllah AMİN ya RƏBBƏL ALƏMİN.
https://www.youtube.com/channel/UCPQDXrv9-UUfVq__B8QbpeQ
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев