Bismillahir-rəhmanir-rəhim.
Heccac ibni Yusif Səqəfi Yəmənə vali təyin olunandan sonra səfərə çıxdı. Böyük cah cəlalla yola düşdü və harda ki, dincəlmək üçün mənzil edirdi hökümət xeyməsi qururdu və aşpazlar cürbəcür ləziz yeməklər hazırlayırdı. Mənzillərin birində ki, hava çox isti idi xeymə qurdular və xeymənin iki tərəfin yuxarı qaldırdılar sərinlik gətirsin. Süfrə salındı növbə növ yeməklər süfrəyə düzüldü. Heccac yeməyə başlayanda uzaqdan gördü ki, bir çoban qarşısında iki-üç qoyun otarır. Yandırıcı istinin təsirindən biçarə başın qoyunun qarnı altına salmışdı amma bədəninin qalan hissəsi qızmar günəşin şuaları altında qalmışdı. Heccac bu mənzərəni müşahidə etdikdən sonra mütəəssir oldu və qulamlara çobanı çağırmağı əmr etdi ki, gedin o çobanı gətirin. Qulamlar getdi ki, çobanı gətisinlər hər nə dedilər çoban dedi mənim əmirlə nə işim? Dedilər hökmdü. Nəhayət çobanı zorla Heccacın yanına gətirdilər. Heccac dedi uzaqdan gördüm istidən narahatsan mütəəssir oldum dedim gəl xeymənin altında rahatlan. Çoban dedi otura bilmərəm. Soruşdu niyə? Mən əcrlə məmuram qoyunları qoruyam necə xeymənin kölgəsində otura bilərəm? Gərək mən gedəm qoyunları otaram. Heccac dedi otur bir şey ye sonra get. Çoban dedi yeyə bilmərəm soruçdu niyə? Çoban dedi başqasına vədə vermişəm. Heccac dedi başqa yerə vədə? Məgər bundan da üstün yer var? Çoban dedi bəli var.Heccac dedi sultanın yemıyindən də üstün yemək var? Çoban dedi bəli. Heccac soruşdu kimin qonağısan kimə vədə veribsən? Çoban dedi rəbbil aləminin qonağıyam mən orucam Allahın qonağıyam. Çoban çol adamıdı amma Allaha imanı yüksəkdi bu çöllükdə yandırıcı günəşin altında deyir Allahın qonağıyam və iftarım da onun yanındadı. Burda Heccac nəfəs çəkə bilmədi. Çoban elə cavab verdi ki, söz tapa bilmədi. Heccac dedi çox gözəl gün çoxdu bu gün ye sabah tutarsan əvəzini. Çoban dedi çox yaxşı amma mənə sənəd yaz ver ki, mən sabah yaşayacam və oruc tutacam hardan mən sabah diri qalaram? Heccac gördü bu həqiqi elm sahibinə Allaha iman bağlayana və düz deyənə nə desin cahillik elmin və imanın qarşısında acizdir. Cahil olan Heccac gördü cavab verə bilmir dedi bu sözləri bir kənara qoy bu cür pak və ləzzətli yeməklər sənə nəsib olmayacaq. Nə qədər ayağını yerə söykəyirsən? Niyə bu qədər nadansan? Çoban dedi aya onu sən özun o qədər pak və ləzzətli etdin? Ey Heccac bədbəxt Allah sənə bir diş ağrısı verəndə bu qədər yeməklərin sənə faydası yoxdu. Əgər xəstə olsan bu qədər ləzzətli yeməklər sənə zəhər olar yeyə bilməzsən. Allah bizlərədə o öobanda olan imandan nəsib etsin və Allah qarşısında xəcalətli olub başı aşağı olanlardan olmayaq.
https://www.youtube.com/channel/UCPQDXrv9-UUfVq__B8QbpeQ
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев