Bismillahir-rəhmanir-rəhim.
Rəsuləllah səlləllahu ələyhi və alihi və səlləm buyurdu: Mənim yaşamağım sizdən ötrü xeyirlidir həm də mənim ölümüm sizdən ötrü xeyirlidir. Dedilər ya Rəsuləllah yaşamağını bilirik ki Quran buyurur: Sən nə qədər onların arasındasan onlara əzab olmaz amma sizin ölümünüzün xeyirli olmağı nədir bilmirik. Rəsuləllah buyurdu: Öləndən sonra sizin əməllərinizi mənə çatdırarlar əgər bəyənilmiş əməllər olsa sizdən ötrü dua edərəm Allah da qəbul edər. Əgər günah olsa sizdən ötrü bağışlanmaq istəyərəm.
Amma elə edək ki özümüzü islah edək nə inki əməlimiz günah, kitabımız qara və zülmlə dolu olsun, elə edək ki Allahın və onun Rəsulunun və əimmə əleyhissalamların məhzərinə xəcalətli gedib mələklərdən xəcalət çəkməyək necə ki Quran buyurur: " Ya Peyğəmbər de sizin əməllərinizi Allah və onun Rəsulu və möminlər (imamlar) biləcəklər.
Bismillahir-rəhmanir-rəhim.
Bir gün Əmirəl möminin əleyhis-salam gedirdi gördü bir şəxs hədər sözlər danışır Həzrət buyurdu: Sən Pərvərdigara gözəl sözlər yazmağı imla edirsən! Heç xəcalət çəkmirsən! Əgər bir şəxs padşaha məktub yazmaq istəyə nə qədər səy edər ki boş hədər mənası olmayan söz yazmasın? Onun yazdığı gözəl olsun və padşahın xoşuna gəlsin.
Bundan əlavə mütabiq rəvayətlərdə yetişib ki hər yek şənbə (bazar günü) və pənc şənbə (cümə axşamı 4-cü gün) bəndələrin əməlləri və ibadətləri imam Əsr əccəlləllahu təala fərəcəhuş-şərif əleyhis-salama çatdırılır. Həqiqətdə nə qədər xəcalət gətirəndi ki günahlar Höccət əleyhis-salama çatdırıla.
Ey şiəlik iddiası edənlər və hidayət əimmələrinə bağlı olanlar aya eyib deyil sizin vəliləriniz pis işlərinizi görə narahat ola?
Ey şiələr və şiə övladları bu əməllər imam Zaman əccəlləllahu təala fərəcəhuş-şərifin qəlbini dərdə salır şiə övladları gərək bu cür dərd gətirən əməllərdən uzaq olaq. Allahdan bizi hidayət yolunu nişan verməyini istəyək. Allah bizim qəlblərimizə agahlıq versin saf əqidə versin hidayət çıraqlarının yanında başı aşağı olmayaq.
https://www.youtube.com/channel/UCPQDXrv9-UUfVq__B8QbpeQ
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев