Bismillahir-rəhmanir-rəhim.
Rəsuləllah səlləllahu ələyhi və alihi və səlləmdən soruşdular: Nə üçün qeybət etmək zinadan əşəddidir? Buyurdu:لِاَنَّ الرَّجُلَ يَزْنى وَ يَتُوبُ ثُمَّ يَتُوبُ اللّهَ عَلَيْهِ وَ الْمُغْتابُ يَتُوبُ وَ لايَغُفُرُاللّهَ لَهُ حَتَّى يَغْفِرَلَهُ صاحِبَهُ ----Bir kəs ki zina edə zinadan sonra həqiqi peşman ola və tövbə edə Allah onu bağışlayar. Amma əgərbir kəs bir kəsin qiybətin edə qeybətdən sonra hər nə qədər deyə ilahi məni əfv et bağışla Allah onu bağışlamaz əgər qeybət etdiyi tərəfi razı salmasa ona görə də qeybət zinadan əşəddidir. Çünki zinanın bir tərəfi var Allahdır amma qeybətin iki tərəfi var Allah və qeybətin etdiyi biçarənin tərəfi o halal etməsə razı qalmasa bağışlanmaz. Əgər bir kəs istiyə qeybətdən tövbə edə əgər dediyi söz onun qulağına çatıbsa və əziyyət çəkibsə çarəsi yoxdu gərək gedə onun ürəyin ələ ala. Ğeybətin kəffarəsi babında qeyd olunub əgər bir kəs müsəlmanın qiybətin möminə danışa istəsə tövbə edə əgər dediyi söz o biçarənin qulaqğına yetişə çarəsi yoxdu gərək gedə ondan üzrxahlıq edə ürəyini ələ ala ta onu bağışlaya əgər qulağına çatmayıbsa əgər gedib ona desə ki biz sənin qiybətini etmişik ona çox pis təsir edər yaxşısı budur ki Allahla öz arasında islah etsin o məclisdə ki danışıb desin mən səhf etmişəm və onun yaxşı cəhətlərin desin. Bəd deməyin tövbəsi xoş sözlər deməkdir və yenə də Allahdan bağışlanmaq istəsin çünki qiybət etmək böyük günahlardandır.
İlahi Pərvərdigara bizim dillərimizi islah et və dillərimizi qəlbimizin arxasında olan dillərdən qərar ver ki qiybətdən söz gəzdirmədən uzaq olaq. Əgər sən bizim dillərimizi islah etməsən şeytanşn fitnəsinə aldanıb yolumuzu azarıq. Amin ya Rəbbəl aləmin.
Bismillahir-rəhmanir-rəhim.
Varlı bir kişi dünyadan köçdü sübhdən gün batana qədər dəfn edə bilmədilər çünki çox cəmiyyət yığılmışdı. Amma sonralar onu yuxuda gördülər ondan öləndən sonrakı halından sual etdilər Allah Təala sənə nə etdi? Dedi Allah məni bağışladı öz lütfü mərhəmətilə amma Allahın hesabı o qədər dəqiqdir ki hətta bir gün dostlarımın biri ilə oturmuşdum həm də oruc idim. Azan deyilən vaxt mən buğda dənələrindən birini dişlərimlə iki böldüm bu vaxt yadıma düşdü ki orucam və bu buğda mənim deyil o qırılmış buğda dənələrin onun buğdalarının üstünə atdım və getdim. Allah o qədər hesab çəkdi ki mənim həsənatlarım qırdığım buğdaları ödəmədi azlıq etdi.
https://www.youtube.com/channel/UCPQDXrv9-UUfVq__B8QbpeQ
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев