İsmi ə'zəm.
Bismillahir-rəhmanir-rəhim.
Keçmiş zamanlarda Məkkə şəhərində imandar fəqir bir kişi yaşayırdı. O həmişə Allahı razı salmaqdan ötrü oruc tutardı. Günün batan vaxtında iftar yetişəndə əlin cibinə saldı və cibindən bir kağız çıxardı. ona baxdı bir şey yemədi çünki orda yazılanı oxuyandan sonra aclığı aradan getdi. O öləndən sonra kağızı cibindən çıxarıb gördülər ki, o kağızda Bismillahir-rəhmanir-rəhim mübarək ayəsi yazılıb. Məlum oldu ki Allahın ismi əzəmi onun aclığını aradan aparırmış. Bu hadisəni aşağı bilənlər də var bu ona görədir ki, bizim göz və qulaqlarımız hədər olanlara alışıb ki, mənəviyyatı dərk etməyə imanımız çatmır və bizə təsir etmir. Mənəviyyatımızı nəfsi əmmarənin istəyinə uydurmaqla Allahın qüdrət sahibi olmasına imanımızı əldən vermişik.
Bismillahir-rəhmanir-rəhim.
Allahın ilhamı.
Mühəddis Nuri kəlmeyi təyyibə kitabında yazır: Atamın zamanında, böyük səyyid Taliqandan Rəştə getdi və orada sakin oldu. O vaxt ki, o 200 əşrəf qızıl əldə etdi qərara gəldi ki, özünü Nur kəndinə atasına yetirsin. Yolun yarısında bir atlı tüfənglə qılıncla ona yetişdi ondan hal-əhval soruşdu, səyyid sadə qəlbli bir kişi idi dedi: 200 əşrəf qızıl əldə etmişəm Nur kəndinə gedirəm. Atlı dedi mən də təsadüfən Nur kəndinə gedirəm əgər istəsən həm səfər olarıq. Səyyid qəbul etdi atlı ilə yol getməyə başladı. Dərya kənarında bir neçə balıqçıya yetişdilər. Balıqçılar onları dəvət etdilər ki, otursunlar və onlarla çay içsinlər. Səyyid və yoldaşı oturdular bir az istirahət etsinlər və çay içsinlər. Bu vaxt qəzayi hacət üçün atlı onlardan kənarlaşdı. Balıqçılar fürsətdən istifadə edib səyyiddən soruşdular: Aya bu kişini tanıyırsan? Səyyid dedi bəli mənim yol yoldaşımdı. Dedilər: Bilirsən o nə işin sahibidi? Səyyid dedi: Fəqət bir şey bilirəm ki yaxşı adamdı. Balıqçılar dedilər: Bu yol kəsəndi bəd danışandı və sənin canın xətərdədi. Səyyid qorxdu və soruşdu: Hardan bilirsiniz ki, o yol kəsəndi? Balıqçılar dedilər: O bizdən zorla bac alır əgər verməsək bizi öldürər. Səyyid rəngi saralmış halda dedi: Cəddimin xatirinə mənə kömək edin. Balıqçılar bir an fikirləşib sonra dedilər: Biz bir iş görə bilərik o da budu ki, biz onun başın qarışdıraq sən burdan uzaqlaş. Oğru qayıtdı səyyid qəzayi hacət (təhatət etmək) üçün oradan uzaqlaşdı. Səyyid onlardan bir az uzaqlaşan kimi qaçmağa başladı və ağacların arasında gözdən itdi. Oğru səyyidin qayıtmasının intizarında idi amma ondan bir xəbər olmadı başa düşdü ki, onu aldadıblar bu səbəbdən əsəbləşdi və dedi: Özümü səyyidə yetirərəm onu soyunduraram sonra öldürərəm qayıdıb sizinlə hesab çəkərəm. Oğru atına mindi və çaparaq oradan uzaqlaşdı. O cəngəlliyə girdi və səyyidi axtarmağa başladı. Hava yavaş-yavaş qaralmağa başlayırdı və səyyid vəhşi heyvanların qorxusundan bir ağacın başına çıxdı və özünü gizlətdi. Bir az sonra oğru da ora yetişdi yorulduğu üçün atdan düşdü həmən ağacın altında oturdu şam yeməyi yeyəndən sonra müxtəsər yuxuya getdi. Səyyid ki, ölümünü yaxın bilirdi və hamıdan məyus olmuşdu üzün Pərvərdigara tütüb ondan kömək istədi: Ey köməksizlərin köməyinə yetən. Bir az keçmiş çaqqallar ora yaxınlaşdı oğrunu görən kimi ahəstə ulayıb yoldaşların çağırdı. Qısa müddətdə onlarla çaqqal ora toplaşdı onlardan bir neçəsi ahəstə-ahəstə oğru yuxudan oyanmasın deyə ona yaxınlaşdılar və onun tüfəngin dişləri ilə götürüb qaçdılar. Bir az kənarda tüfəngi çökəyə atdılar sonra qayıdıb qılıncı götürüb başqa bir yerə çökəyə atdəlar. Sonra çaqqallar yol kəsənə yaxınlaşıb yuxudan ayılmamış onu parçaladılar yedilər sümüklərindən başqa bir şey qalmadı. Sübh oldu səyyid ağacdan düşdü yolkəsənin tüfəngin qılıncın götürdü çünki hara atdıqların görmüşdü sonra atı yəhərlədi sürətlə ordan uzaqlaşdı.
Allahın çaqqallara ilhamı səyyidi ölümdən xilas etdi. Əgər belə olmasaydı çaqqal nə bilirdi tüfəng nədi ya qılınc nədi və onlarla nə iş görürlər və necə yol kəsəni silahsız qoymaq olar.
https://www.youtube.com/channel/UCPQDXrv9-UUfVq__B8QbpeQ
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев