Свернуть поиск
Правая колонка
sonra isə döyürlər
“Qazancım pis deyil, qardaşım Aşota da pul
göndərirəm”.
Lika Muradyan milliyyətcə ermənidir.
O, 1995-ci ildə Azərbaycanın işğal altında olan
Laçın rayonunda dünyaya gəlib. Hazırda Tiflis
şəhərinin mərkəzində yerləşən “NCV” barında
çalışır. Oxu.Az xəbər verir ki, yüngül həyat tərzi keçirən
Lika Qafqazinfo.az saytına müsahibəsində onu
əxlaqsız ömür sürməyə vadar edən səbəblərdən
danışıb.
- Adətən, yüngül həyat tərzi keçirən qadınlar
özləri haqda danışmağı sevmirlər. Hətta çox vaxt
adlarını da gizli saxlayırlar...
- Nəyisə gizlətməyə ehtiyac yoxdur. Onsuz da
hamı hər şeyi bilir. Fahişələrin həyat tərzi bir
çox kişilərin sevimli mövzusudur.
- Amma heç kim anadan fahişə doğulmur.
Əxlaqsız həyat tərzi keçirən qadınların çoxu
günahı mühitdə görürlər.
- Bu yola düşən hər bir qadının öz həyat
hekayəsi var. Ancaq siz onların şirin dilinə çox
da inanmayın. Mənim elə rəfiqələrim var ki,
vaxtında bir az dirəniş göstərsəydilər, bu gün
ailə-uşaq sahibi idilər. Amma mən doğrudan da
ehtiyac üzündən bu yola düşmüşəm.
- Elə mən də bu barədə soruşmaq istəyirdim.
Laçında doğulan Lika Tiflisə necə gəlib çıxdı?
Üstəlik, yaşınız da çox azdır...
- Biz əslən yerevanlıyıq. Atam hərbçi olub. O,
1992-ci ildə Laçının azərbaycanlılardan
alınmasında yaxından iştirak edib. Amma 1993-
cü ildə Ağdərədə yaralandığı üçün ordudan
tərxis olunub. Bir il sonra atamı Laçına mülki
vəzifəyə göndəriblər. O, anamı və qardaşımı da
özü ilə Laçına aparıb. Mən, 1995-ci ildə Laçında
anadan olmuşam. Atamı güclə xatırlayıram. O,
dünyasını dəyişəndə mənim 2 yaşım olub. Anam
deyirdi ki, atanızın xəstəliyi şiddətlənsə də,
Ermənistan hökuməti onun müalicəsi üçün heç
bir iş görmədi. Atam ömrünü ağrı-acı içində,
qan qusa-qusa başa vurub. Sonralar bildim ki,
atam öləndə bizim evimizdə bir tikə çörək də
olmayıb. Atamın ağır xəstəliyə yoluxması anamın
səhhətinə də öz təsirini göstərmişdi. Atam
öləndən bir müddət sonra anam da yatağa
düşdü. O, 4 il yataq xəstəsi oldu. Həmin dörd il
ərzində yaxşı adamlar bizə həyan oldular. Anam
öləndən sonra xalam gəlib bizi özü ilə Yerevana
apardı.
- Görünür, xalanızın himayəsində gününüz xoş
keçmədyi üçün Tiflisə pənah gətirmisiniz...
- Xalam mənə və qardaşıma etdiyi pisliklərin
cəzasını aldı. Əgər bir il əvvəl 9-cu mərtəbədən
yıxılıb ölməsəydi, onu mən öz əllərimlə
boğacaqdım.
- Xalanız sizə nə pislik etmişdi? Axı, ananızın
ölümündən sonra qayğınıza qalan yeganə adam
xalanız olub...
- Xalam məni və qardaşımı qul kimi işlədirdi.
Çox vaxt gecələr ac yatırdıq. Səkkiz yaşım
olanda ev təmizləyir, paltar yuyurdum. Bir-iki il
sonra xalam pul alıb, qonşuların paltarlarını da
mənə yudurtmağa başladı. O, bizi məktəbə
getməyə qoymadı. Qonşuluqda yaşayan
uşaqların məktəbli paltarlarını yuyanda için-için
ağlayırdım. Xalam evdə olmayanda, həmin
paltarları geyinib, güzgünün qabağında özümə
baxırdım. Heç bir uşağa bu taleni arzulamıram.
Qardaşımın da işi ağır idi. Amma pis adamların
təsirinə düşməmək üçün birtəhər dözürdük.
2008-ci ildə qardaşımı əsgərliyə çağırdılar.
İki ay Yerevanda təlim keçdikdən sonra onu
Dağlıq Qarabağa apardılar. Orda vəziyyət çox
pis idi. Yemək çatmırdı, əsgərləri tez-tez
döyürdülər. Aşot tez-tez zəng edib, xalama
yalvarırdı ki, ona isti paltar, pul göndərsin.
Amma xalam heç vaxt onun xahişinə əməl
etmirdi. Altı ay sonra Aşot əsgər yoldaşlarından
birini güllə ilə yaraladı. Bundan sonra qardaşımı
həbs etdilər. O, 4 ildən çoxdur ki, Yerevanda
məhbəs həyatı yaşayır. Qardaşım tutulandan
sonra mənim vəziyyətim daha da ağırlaşdı.
Xalam məni tez-tez döyür, işgəncə verirdi.
Amma yenə dözürdüm. On altı yaşım olanda
xalam məni 300 dollara Mənsur adlı iranlı iş
adamına satdı. Mənsur ayrıca ev tutub məni öz
məşuqəsi kimi saxlayırdı. Amma bir müddət
sonra İrana getdi və bir daha geri qayıtmadı. Bu
yaxınlara öyrəndim ki, İranda bankların birinə
külli miqdarda borcu olduğu üçün onu həbs
ediblər. Allah qapısını açmasın! Bu iyrənc adam
mənim həyatımı alt-üst etdi.
- Yəqin ki, bu hadisədən sonra bir daha xalanızın
evinə qayıtmadınız...
- Qayıtsaydım, bu dəfə başqasına satacaqdı.
Mənsurun məni saxladığı binada yüngül həyat
tərzi keçirən qızlar vardı. Mənsur yoxa çıxandan
sonra onlar məni barda işə düzəltdilər. Beləcə,
çevrilib oldum bar qadını. Yaşamaq üçün başqa
yolum yox idi. Ancaq Yerevanda çox pul
qazanmaq mümkün deyil. Bizim ölkənin
insanları çox kasıb yaşayırlar. Yekəpər erməni
kişiləri bir gecəmizə 15-20 dollar təklif
edirdilər. Biz pulu ancaq bara gələn iranlı və
türkiyəli iş adamlarının hesabına qazanırdıq.
Amma barın sahibi alçaq adam olduğu üçün
qazandığımız pulun yarısından çoxunu tutub
əlimizdən alırdı. Bundan sonra qərara aldıq ki,
sənədlərimizi qaydasına salıb, Gürcüstana gedək.
İlyarımdır ki, Yerevanı tərk etmişəm. Qazancım
pis deyil. Həm özümü dolandırır, həm də hər ay
Aşota pul göndərirəm. Yayda Batumidə və
Trabzonda, qışda isə Tiflisdə işləyirik. Türk
kişiləri səxavətli olurlar. Onların dilini
öyrənəndən sonra qazancım bir az da artıb.
- Bilirəm, fahişənin qazancı ilə maraqlanmaq
yaxşı hərəkət deyil. Amma jurnalistin işi
soruşmaqdır...
- Bizim işimizin yaxşı dövrü mayda başlayır.
İndi ancaq bara gələn müştərilərin hesabına
dolanırıq. Barın sahibi Türkiyə vətəndaşı olduğu
üçün burda heç kim ona toxunmur. İşə adətən
axşam 9-dan sonra çıxırıq. Müştəri ilə
görüşməyin qiyməti 100 laridir. Pullar
administratora verilir. Səhər evə gedəndə
görüşdüyümüz hər kişiyə görə bizə 50 lari pul
verirlər. Bir gecədə qazancımız təxminən 150
lari olur. Bu isə 90 dollar edir.
- Yəqin müştərilərinizin əksəriyyəti yerli sakinlər
olur...
- Yox, mənim işlədiyim bara gürcüləri
buraxmırlar. Biz adətən türklər, farslar və
azərbaycalılarla görüşürük.
- Gürcüstanda yaşayan azərbaycanlılarla?
- Əsasən, Bakıdan gələn azərbaycanlılar bizim
bara baş çəkirlər. Gürcüstana dincəlməyə, o
cümlədən maşın almağa gələn azərbaycanlıların
çoxu bizimlə görüşüb, sonra geri qayıdırlar.
Sizin oğlanlar qəribə olurlar, əvvəl bizimlə yatır,
sonra isə döyürlər. Amma barda dava salan
adamı ikinci dəfə içəri buraxmlrlar. Erməni
olduğumu biləndə azərbaycanlıların hamısı
mənimlə yaxınlıq etmək istəyirlər. Bəzilərinin
sifətindən zəhrimar yağır. Elələri olur ki, hətta
yataqda da mənimlə Qarabağdan danışırlar.
Onlara deyirəm ki, biz ermənilər Qarabağı alıb,
nə qazanmışıq? Atam Laçının alınmasında xüsusi
qəhrəmanlıq göstərsə də, qan qusa-qusa öldü.
Anam da onunla eyni aqibəti yaşadı. Türmədə
olan qardaşım isə vərəmdir. Bu necə qələbədir
ki, müharibə qəhrəmanının qızı fahişəlik edir,
oğlu isə türmədə çürüyür? Bu gün erməni
qızlarının çoxu Tiflisdə, Batumidə, Trabzonda,
İstanbulda barlarda fahişəlik edirlər. Kaş,
müharibədə məğlub olaydıq, amma evimizdə
oturub adam kimi yaşayaydıq.
- Lika, yəqin ki, sənin də gələcəklə bağlı
arzuların, xəyalların var...
- Elə bir insan yoxdur ki, onun bitib-tükənməyə
n arzuları olmasın. Ən böyük arzum bu
çirkabdan xilas olmaqdır. Bilirsiniz, barda
mənimlə bir yerdə işləyən rəfiqələrimin çoxu
iranlı oğlanlara ərə gedib. Mən, Aşotun
türmədən çıxmağını gözləyirəm. Qardaşım
azadlığa çıxandan sonra kasıb bir iranlı tapıb,
ona ərə gedəcəyəm. İrana köçəndən sonra İslam
dinini qəbul edib, ömrümün sonuna kimi Allaha
yalvaracağam ki, günahlarımdan keçsin...

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев