Bu gün İmam Rza(ə)nın şəhadət günüdür
1. Şeyx Səduq öz "Uyunul-əxbar" və "Əmali" kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki, həzrət buyurmuşdur: "Mənim bədənimin bir parçası (övladlarımın biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah Cənnəti vacib edər, bədənini isə Cəhənnəm oduna haram edər".
Imam Rza(ə) hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının 30-da müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən zəhərləndirilib və şəhadətə qovuşub. Bu zaman imamın 55 yaşı olub.
İmam Rza (ə) hicri qəməri tarixi ilə 148-ci il Zilqədə ayının 11-də Mədinə şəhərində İmam Museyi Kazımın (ə) ailəsində dünyaya göz açıb. Bu körpənin adını Әli, ləqəbi