yuxuda görür ki, bir
aslan onu təqib edir.
Kişi ağaca tərəf qaçır, ona dırmaşır.
Aşağı baxıb görür ki aslan aşağıda
durub ona baxır, gözləyir ki düşsün.
Sonra həmin bu adam oturduğu
budağın ağaca birləşən hissəsinin
gəmircilər tərəfindən yeyildiyini görür,
iki siçovul durmadan, biri gedib, o biri
gəlməklə budağı gəmirirlər.
Siçovulların biri qara, digəri ağ rəngli
idi.
Budaq tezliklə qırılacaqdı.
Kişi qorxdu, yenidən aşağı baxdı və
gördü ki bir qara yekə ilan düz onun
altında yer alıb, ağzını da açıb ki
budaq qırılanda onu udsun.
Sonra bu kişi xilas olmaq üçün
yuxarıya doğru baxır ki bəlkə
yapışmağa nə isə tapdı. Yuxarıda əl
çatmayan yerdə bir budaq var idi,
budağın üstündə də arı pətəyi.
Pətəkdən bal damcıları axırdı. Kişi
damcılardan dadmaq istədi, dilini
çıxardı və axan bal damcılardan birini
daddı.
Balın dadı çox gözəl idi. O yenidən
baldan yemək istədi, yenə daddı və
beləcə balın şirinliyi ona hər şeyi
unutdurur. O, budağı yeyən iki
siçovulu, yerdəki aslanı və onun düz
altında oturan ilanı unudur.
Birdən budaq qırılanda, kişi sanki
bütün təhlükələri xatırlayıb yuxuda
diksinib oyanır.
Yuxu qeyri adi olduğu üçün, bunun
yozumunu öyrənmək qərarına gəlir.
Allahdan qorxan bir alimin yanına
gedir, yuxunu ona danışır.
Alim ona deyir:
"Yuxuda gördüyün aslan sənin
əcəlindir. O həmişə səni təqib edir və
hara gedirsənsə o səninlə gedir.
İki siçovul, biri qara digəri ağ, gecə və
gündüzdür. Qara gecə, ağ isə
gündüzdür. Biri digərinin ardınca
gələrək dövr edirlər ki, sənin vaxtını
apararaq ölümə doğru
yaxınlaşdırsınlar.
Ağzının içi qaranlıq olan böyük ilan
isə , sənin məzarındır. O artıq
oradadır, sənin düşəcəyini gözləyir.
Bal pətəyi isə bu dünyadır. Şirin bal
damcıları isə bu dünyanın
ləzzətləridir. Biz bu dünyanın
ləzzətlərindən dadmağı xoşlayırıq və
bu çox şirindir. Sonra biz onu yenidən
və yenidən dadmaq istəyirik. Bunla da
biz bu ləzzətlərin içinə vararaq,
vaxtımızı, əcəlimizi, ölümümüzü,
məzarımızı unuduruq.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев