
(Roshka)
Neçə vaxtı səni görmür gözlərim,
Bilirsən sənsiz necə darıxıram?
Sən yoxsan mənasız olub sözlərim,
Həsrətindən alovlanıb yanmışam,
Bilirsən sənsiz necə darıxıram?
Fikrimdə, xəyalımda, röyamdasan
Başqasının yox, mənim dünyamdasan.
Mənim varım, dövlətim, həyatımsan.
Sənsiz ölüyəm artıq yaşamıram,
Bilirsən sənsiz necə darıxıram?
Gülmür üzüm, ağlar gözüm, ey könül
Yoxluğuna nətər dözüm ey könül?
Mən azmışam itib izim ey könül
Sən niyə yanımda yoxsan hardasan?
Bilirsən sənsiz necə darıxıram?
Yazdı bu şeiri gözləri nəmli
Gündüz çox fikirli, ürəyi qəmli.
Mən mecnun olmuşam səndəki leyli
Eşqdə tək başıma tənha qalmışam,
Bilirsən sənsiz necə darıxıram?


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев