Bacı deyə-deyə görüşən də var.
Qardaş deyə-deyə girişən də var.
Hətta evlilərə ilişən də var.
Bu nə həyəcandır? Nə dərddir,
aman!
İnşAllah gələcək İmami Zaman! Sosial aləmlər yıxdı milləti.
Əxlaqsız seriallar sıxdı qeyrəti.
Facebook apardı abır-isməti.
Yolu kəsə bilmir hətta ki Quran.
İnşAllah gələcək İmami Zaman!
İndi kanallarda proqram çoxdu, Ziddinə gedəndə yönnüsü yoxdu.
Hər gələn deşiyə burnunu soxdu.
Bu gün əxlaqsızı istəyir ekran,
İnşAllah gələcək İmami Zaman!
Cavan qızlarımız kafedə, barda.
Kəndli qızlarımız toyda, mağarda. Qanı qaynayan gəlinlər hətta,
Əcaib oynayıb eyləyir duman.
İnşAllah gələcək İmami Zaman!
Hicab geyib min hoqqadan çıxdılar,
Çadra altdan naməhrəmə baxdılar,
Ümid