Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Böyümək istəmirəm. İstəmirəm böyüklər kimi gizli- gizli ağlayım. İstəyirəm balaca uşaqlar kimi dodaqlarımı büzüb, qaşlarımı çatıb için -için, hıçqıraraq, azad şəkildə ağlayım. Böyümək istəmirəm. Mən böyüdükcə yalanlarım da böyüyəcək mənimlə birlikdə. Böyüyəcək istəklərim, bəhanələrim. Böyüyəcək mənimlə birlikdə dərdim- kədərim. Azalacaq günü gündən sevincim. Adi bir şeyə sevinməyim yox olacaq. Mən böyüdükcə dünya kiçiləcək gözümdə. Azalacaq sevgim insanlara, həyata