Свернуть поиск
Дополнительная колонка
Правая колонка
etməz, Uca Allah onu müşrik adlandırmışdır. Dua etməyin xüsusi zaman və
məkanlarını bizə tanıtmışdır ki, dualarımız daha tez yerinə yetə bilsin.
Bu zamanlardan biri də yağış yağan zamandır. Quran ayələrindən və
hədislərdən belə nəticə çıxartmaq olur ki, yağış yağan zaman İlahi
rəhmətin qapıları açılar. Ona görə də bu zaman edilən dualar səmaya
qalxar və Allaha çatar.
Allah buyurur: “Məni çağıran zaman dua edənin duasını qəbul edirəm”. (“Bəqərə” 186).
“Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua
etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və)
əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və
xəcalətli şəkildə cəhənnəmə daxil olacaqlar»”. (“Ğafir” 60).
Dua əslində Allahdan istəməkdir. Dinimizdə dua ibadət sayılır. Duanın
qəbul olmasının şərtləri və şəraitləri vardır. Allah Taəal buyurur ki,
Məndən istəyin ki, sizə verim. Ancaq insan Allahdan elə şeyləri
istəməlidir ki, onun xeyirinə olsun, ziyanına deyil. İnsan Allahdan
mümkün olan şeyləri istəməlidir. Bəzən biz elə dualar edirik ki, onun nə
qədər ziyanlı olduğunu dərk etmirik. Ona görə də Allah bizim bu
dualarımızı yerinə yetirmir.
Yuxarıda qeyd etdiyimiz kimi, duanın xüsusi zamanları vardır ki, onlardan biri də yağış yağan zamandır. İmam Sadiq (ə) buyurur:“İmam
Əli (ə) hər il yağan ilk yağışda onun altında qərar tutardı, o zamana
qədər ki, başı, saqqalı, paltarı yaş olardı. O zaman ki, Həzrətdən (ə)
xahiş edirlər ki, islanmamaq üçün tavanın altına girsin, buyurardı: “Bu,
o sudur ki, Allahın ərşinə yaxındır””.
İmam Sadiq (ə) buyurur: “Dörd vaxtda duanın ardınca olun:
külək əsən zaman, kölgələr itən zaman (zöhr zamanı), yağış yağan zaman
və şəhidin ilk qanı tökülən zaman. Çünki bu vaxtlarda səmanın qapıları
açılar”.
İmam Əli (ə) buyurur: “Dua etməyi beş vaxtda qənimət bilin: Quran
oxuyan zaman, azan oxunan zaman, yağış yağan zaman, iki ordunun şəhadət
üçün üz-üzə gəldiyi zaman, məzlumun dua etdiyi zaman ki, hicablar ərşdən
götürülər”.
İmam Sadiq (ə) İmam Əlidən (ə) nəql edir ki, buyurub: “Duanı
dörd halda qənimət bilin: Quran oxuyan zaman, azan deyən zaman, yağış
yağan zaman, o zaman ki, iki ordu cihad üçün üz-üzə gələr”.
İmam Sadiq (ə) buyurur: “Üç vaxt vardır ki, onda duanın yerinə
yetməsi üçün Allah tərəfində maneə və hicab olmaz: vacib namazdan sonra
edilən dua, yağış yağan zaman edilən dua, Allahın qüdrətinin yer üzündə
təbiətin ziddinə nişanələrinin zahir olduğu zaman edilən dua”.
/ Deyerler.org/

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2