Masallı camaatı pensiyaların gecikdirilməsinə etiraz edir.
Rejim elə vəziyyət yaradıb ki, ölkədə bir milyondan artıq ailə üçün pensiya yeganə yaşayış vasitəsidir. Ölkənin sərvətlərini oğurlayıb xaricə daşıdılar, şöhrət qazanmaq üçün xaricdə tarixi abidələri, muzeyləri təmir etdirməyə, park salmağa, məktəb tikdirməyə xərclədilər, korrupsiya və israfçılıqla dağıtdılar. İndi isə artıq pensiyanı da vaxtında verə bilmirlər. Daha ciddi sosial-iqtisadi çətinliklər isə hələ qarşıdadır.