Tovuz rayonunda deputatlığa namizədin sakinlərlə görüşən zman gözlənilməz halla üzləşib. Criminal.az-a verilən məlumata görə, həmin görüşə gələn seçici qadın namizədi danışmağa imkan verməyib. Namizədə üz tutan qadın problemlərdən danışıb: ''Cavan gəlinlər uşaqsız qalıb, hər şey uçub-dağılıb, bunu niyə prezidentə çatdırmırsınız? Adi analiz 200 manatdır, bunu niyə prezidentə demirsiniz? Ay kişi yalan danışma''.