Sabirabadda baş verən qəzada 30 yaşlı gizir ölüb. Qəza rayonun Osmanlı dəmiryolu stansiyasının yaxınlığında baş verib. Sabirabad rayon sakini, 30 yaşlı Ağayev Emin Eminağa oğlu "Mitsubishi Pajero" markalı avtomobillə Sabirabad istiqamətində sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil magistral yolda bir neçə dəfə yuvarlanıb. Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Surucunün avtomobildə sıxılmış meyiti Fövqaladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Sabirabad bölməsinin əməkdaşları tərəfindən çıxarılıb.
Ağayev Emin Eminağa oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin giziri olub.