Moskvanın qərbində baş verən qeyri-adi avtobus qəzası nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
İnsident günorta saatlarında Mojaysk şossesində baş verib. Avtobus bir qrup adamı vuraraq yeraltı keçidə yan alıb.
İlkin məlumata görə, avtobus qəfildən idarəetməni itirərək "Slavyan bulvarı" metrosunun girişinə doğru hərəkət edib və pilləkənlərlə üzüaşağı düşüb. Bu zaman pilləkənlərdə olan vətəndaşları əzib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, həmin avtobus "Skolkovo" innovasiya mərkəzinə qədər gedən marşrut üzrə hərəkət edirmiş. İnsidentdən əvvəl avtobus Kutuzov prospektində, "Okeaniya" Ticarət Mərkəzinin əks tərəfində, "Slavyan bulvarı" metrosunun yaxınlığında imiş. Bir anlıq maşın hərəkətə gələrək naməlum səbəbdən sürətlə prospektdəki yeraltı keçidin pilləkənlərinə tərəf yan alıb.
Kevin MacLeod tərəfindən Impending Boom Creative Commons Attribution lisenziyasına uyğun lisenziya alıb (https://creativecommons.org/licenses/by/4.0/)
Qaynaq: http://incompetech.com/music/royalty-free/index.html?isrc=USUAN1100198
İfaçı: http://incompetech.com/
Kanala abunə ol - https://goo.gl/TcM9Fm
WebSite: http://www.meydan.tv
Facebook: http://fb.com/MeydanTelevision
Twitter: http://twitter.com/MeydanTV
Google+ https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram: http://instagram.com/meydantv
__
Xəbərdən çox xəbər var. #çəkgöndər yayımlayaq #whatsapp : +49 176 16263646
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации