"Onların təpəcik saydığı yer, bizdən ötrü vətənin bir parçasıdır. Torpağın hər qarışı uğrunda şəhid verilə bilər".
Keçmiş döyüşçülər son günlər sosial şəbəkələrdə, bəzi saytlarda şəhidlərin sayının deyiləndən daha çox olması barədə yazılanlara, “bir təpə uğrunda niyə bu qədər çox şəhid verdik?” deyənlərə kəskin reaksiya veririlər. Bildirirlər ki, Azərbaycan ordusu savaş əzminin tükənmədiyini, ruh düşkünlüyü kimi fikirlərin isə sadəcə mif olduğunu sübut etdi.
Keçmiş döyüşçülər deyir ki, ruh düşkünlüyü yaratmaq, hərbi əməliyyatlarla qazandığımız psixoloji üstünlüyü heçə endirmək istəyənlərin arzusu reallaşmayacaq.
4 günlük döyüşün yekunlarını təhlil edərkən tək döyüş meydanında deyil, düşmənin informasiya müharibəsində də məğlubiyyətə uğramasını görmək elə də çətin deyil. Daxildə onlara dəstək verən sapı özümüzdən olan baltaların cəhdləri isə elə cəhd olaraq qalacaq.
12.04.2016