28.02.2014
ŞAĞLASER - Toponim talışca işlənən Şəğoləse sözünün təhrif edilmiş şəklidir. Şəğoləse toponimində "şəğol" çaqqal, "ə" birləşdirici səs, "se" istil, nohur deməkdir. Tarix müəllimi Z. İbrahimovun fikrincə, Şəğoləse "şah ğalə sə" sözləri ilə səsləşir, bu sözün də mənası şah qalasının yuxarısı deməkdir.