Bakı polisinin keçirdiyi reyd zamanı qaydaları pozan xanım sürücüyə "saxla" əmri verilib. Amma o maşını saxlamayaraq yoluna davam edib. Polis onu nəhayət ki, dayandıra bilib. Yoxlanış zamanı məlum olub ki, maşındakı hər iki xanım - həm sürücü, həm də sərnişin sərxoşdur. Sərxoş sürücü polislərə çətin anlar da yaşadıb. O, polislərə etirazını bildirib və tabe olmayıb. Buna görə də əraziyə Post Patrul Xidməti çağırılıb. Xanım bölməyə, maşın isə cərimə meydançasına aparılıb.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации