Azerbaycan filmleri | Efirdə qadağan olunmuş film | Kopek filmi - Yəqinki bir cox insan bilmirki bu Azerbaycan filmi efirdə qadağan olunmuşdur.
1994-cü ildə Azərbaycan kinosunda bir “Köpək” doğuldu. Amma o ildən bəri həmin “Köpək”in nə səsini eşidən oldu, nə də ləpirlərini görən. “Köpək”, köpəyə dönmüş məzlum insanlar, onların faciəsi haqqında çəkilmiş filmdir. Qarınlarını doyurmaq üçün iş axtaran bir qrup insanın aldadılaraq qul kimi işlədilməsindən bəhs edir. Eyni zamanda, bu azerbaycan filmində hansı vəziyyətə düşməsindən, hansı çətinliklərlə qarşılaşmasından asılı olmayaraq, insanın İnsan olaraq qalması, bu məqsəd uğrunda mübarizə aparması təsvir edilir.
Filmin quruluşçu rejissoru Tofiq Tağızadə, ssenari müəllifi Loğman Kərimov, rəssamı Mayis Ağabəyov, quruluşçu operatoru Rafiq Quliyevdir. Rolları Məmməd Səfa, Fuad Poladov, Muxtar İbadov, Nuriyə Əhmədova və b. ifa edirlər.
Bu filmə kinoteatrlarda təqdim olunmaq, ekran həyatını yaşamaq qismət olmadı. Onu qeyd edim ki, bu film Tofiq Tağızadənin lentə aldığı sonuncu filmdir.
Film sovet hakimiyyətinin mənzərəsini əks etdirirdi. Ssenari absurd janrında yazılıb. Filmin qayəsini sovet hakimiyyətindəki mənfi hallar, insanların incidilməsi, repressiyaya məruz qalması, bəzi insanların şəxsi mənafelərinə görə satqınlıq etməsi və s. təşkil edir. Filmdə konkret insan və məkan adları yoxdur. Çünki bu, həm də bəşəri mövzudur. Tamaşaçı filmi izləyərkən kimin insan, kimin köpək olduğuna özü qərar verir.
Ssenarinin özündə obrazların adları sifətlərlə əvəz olunub. Məsələn, boynu yoğun, satqın və s. Ssenaridə belə bir səhnə var: Avtobus boş səhra ilə gedir. Elə bir yolla irəliləyir ki, əslində ordan avtobus keçə bilməz. Sonra bir nəfər qaçaraq yaxınlaşır, avtobusa minib oturacağın altında gizlənir. Bu zaman onun ayaqları görünür. Sonra ayağa qalxıb oturacaqda oturur və ətrafına baxaraq görür ki, oturacaqlarda əyləşənlər əslində, qaçıb qurtulmaq istədiyi insanlardır (Amma filmdə bu səhnə fərqlidir – S.M.). Burada avtobus sovet hakimiyyətini simvolizə edir. Avtobusun sərnişinləri isə sovet cəmiyyətinin insanlarıdır. Filmin baş obrazı elə zənn edir ki, o bu cəmiyyətdən qaça bilib. Amma sonra görür ki, burdan qaçmaq qeyri-mümkündür. Sovet dövründə də belə idi. Bu cəmiyyətdən qaçmaq qeyri-mümkün idi. Bu hakimiyyətə tabe olmayanlar, qaçmaq istəyənlər xalq düşməni elan edilir, həbs olunur, ya da sürgünə göndərilirdilər. Elə ətrafdakılar özləri onları satırdı. Filmdə bu məqamlar var. Məmməd Səfanın ifa etdiyi obraz qaçmaq istəyir. Lakin satqın – Yaşar Nurinin ifa etdiyi obraz onu satır. Hətta bu obraz sədaqətinə görə itlər cəmiyyətinə üzv qəbul edilir və “Köpək medalı” ilə təltif olunur. Filmin ssenarisinin başqa bir səhnəsində iş axtaran insanları avtobusla düzənlik əraziyə gətirirlər. Fuad Poladovun ifa etdiyi obraz uzaqdan onlara yaxınlaşır. O hər addım atdıqca siması dəyişir, gah Stalin, gah Hitler, gah da Qorbaçov olur, daha sonra öz simasını alır. Tofiq Tağızadə filmi çəkərkən bu hissədə də dəyişiklik edib.
Əlavə məlumat üçün
https://az.wikipedia.org/wiki/K%C3%B6p%C9%99k_(film,_1994)
#azerbaycanfilmleri
#kopek
#azerbaycan