Hal-hazırda qüvvələrini birləşdirməyən ölkələrin təkbaşına dünya siyasətində söz sahibi olmadıqlarını görürük və bir çox beynəlxalq birliyin mövcud olduğunun da şahid oluruq. Birinci Dünya müharibəsindən sonra qurulan Birləşmiş Millətlər Təşkilatı, İkinci Dünya müharibəsindən sonra qurulan Avropa Birliyi, İslam Konfransı Təşkilatı , Ərəb Birliyi, Varşava Paktı, NATO kimi onlarla beynəlxalq təşkilat öz siyasətləri çərçivəsində fəaliyyət göstərirlər.
Halbuki, bu qədər birlik və təşkilat olmasına baxmayaraq, dünyada baş verən pisliklərin qarşısı alınmır. Buna görə də, pislik edənlərə qarşı yaxşılığın, sevgi və şəfqətin tərəfdarı olan insanların birlik olması vacibdir.
Əsrlərlə materialist və imperialist cərəyanlar müharibə, işğal və dağıntılara səbəb olublar və bəşəriyyət üçün böyük təhdid meydana gətiriblər. Belə bir mühitdə İslam ölkələrinin güclü birlik qurmasının əhəmiyyəti daha yaxşı başa düşülür.
Əgər İslam aləmi hər sahədə dünyaya istiqamət vermək və işıq tutmaq istəyirsə, birlik halında hərəkət etmək məcburiyyətindədir. Bu birliyin olmaması müsəlman ölkələr arasında ayrılıq və dağınıqlığa, İslam dünyasının səsinin yüksəlməməsinə səbəb olur və məzlum müsəlman xalqları müdafiəsiz qoyur. İslam coğrafiyasının bir çox yerində pis vəziyyətdə olan qadınlar, uşaqlar və yaşlılar ehtiyac içində zülmdən xilas edilməyi gözləyirlər. Bu günahsız insanların məsuliyyəti hər kəsdən əvvəl İslam dünyasının üzərindədir.
Unutmayaq ki, müsəlmanların birlik olması Allahın Quranda bildirdiyi əmrlərdən biridir. Uca Allah müsəlmanların birlik olmasının vacibliyini bir ayəsində bu şəkildə bildirir:
İnkar edənlər bir-birlərinin dostlarıdır. Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız) yer üzündə bir fitnə və böyük bir fəsad olar. (Ənfal surəsi, 73)
Başqa Quran ayəsində: "Və haqlarına təcavüz edildiyi zaman, birlik olub müqavimət göstərənlərdir" (Şura surəsi, 39) şəklində buyurulur. Uca Rəbbimiz bizə yer üzündəki haqsızlığa və insan hüquqlarının pozulmasına qarşı birlik olub ideoloji mübarizə aparmağı əmr edir.
İslam Birliyi necə olmalıdır
Müxtəlif ölkələr öz aralarında necə birlik olub hər sahədə yardımlaşırsa, İslam ölkələri də eyni şəkildə birlik olmalıdırlar. Məsələn, Avropa Birliyi necə iqtisadi, siyasi, hərbi, mədəni və ictimai sahədə geniş əməkdaşlıq edirsə, İslam aləmi də dünya tərəfindən qəbul edilmiş şərtlər altında birləşməlidir. Hətta burada bizim üstünlüyümüz ondan ibarətdir ki, bu birlik sevgi, dostluq və könül birliyi ilə baş tutacaq. Buna görə də İslam Birliyi dünyada hər kəsin həsrətini çəkdiyi böyük sülh birliyi olacaq.
İslam Birliyinə qoşulacaq bütün dövlətlərin müstəqilliyinə, suverenliyinə və hüquqlarına hörmət edilməsi öhdəliyə götürülməlidir. Beləliklə, üzv olan ölkələr öz dövlət strukturlarını qoruyacaq, qərarlaşdırılmış əməkdaşlıq isə xaricə qarşı bir millət kimi ortaq davranma fürsəti verəcək.
Üzv olan ölkələrin sərhədlərinin toxunulmazlığı, daxili işlərində hər ölkənin müstəqil olması, münaqişələrin sülh yolu ilə həll edilməsi, güc tətbiq etmək və təhdidə yol vermək əvəzinə sevgi ilə problemlərin həll edilməsi bu birliyi daha da gücləndirəcək. Fikir, vicdan, din və inanc azadlıqları da daxil olmaqla, insan hüquqları və əsas azadlıqlara hörmət edilməsi bu birliyin dünya səviyyəsində qəbul edilməsinə səbəb olacaq. Sülh tərəfdarı olan İslamın tolerantlığı və Peyğəmbərimizin (s.ə.v) yaşadığı Əsri-Səadət dövründəki sevgi anlayışı bu birliyin əsas prinsiplərinin formalaşmasına yardım edəcək.