Yalçın Rzazadə - Taleyim mənim
Musiqi: O.Kazımi
Sözlər: C.Novruz
İl ötdü, ay keçdi,
Qəlbimi açmadım heç kimə, heç kimə, heç kimə mən, yar.
Yan bir şimşək kimi
Ömrümdən keçginən, keçginən, keçginən, sən, yar.
Fəsillər adlandı, könüllər odlandı, sevənlər şadlandı.
Bəs mən neynim, neynim ?
Gəl, taleyim, gəl, sən məni qurtar bu hicran əlindən.
Dağlara qar düşər,
Hələ mənə yanaram, yanaram, yanaram mən, yar.
Yadıma yar düşər,
Həsrətdən donaram, donaram, donaram mən, yar.