84 yaşlı çəltikçi Musa İbrahimov düyü becərmənin yollarından danışır. Deyir ki, astara düyüsünə çatan olmaz. Amma Azərbaycan bazarlarında xaricdən gətirilən düyü daha çox satılır. Çünki yerli məhsul qıtdır, həm də baha. Səbəbsə odur ki, düyü becərməyə dövlət qayğısı məhduddur.