Bu dəfə tam yeni Seat Leon RF-i test etdik. Sürücünün bütün kaprizləri nəzərə alınan bu Leon 180 at gücünə malik 1800 kub sm-ik mühərrikə sahibdir. Güclü turbop püskürməli mühərrik sürüşüdən zövq almaq üçündür. 7 pill\li sürətlər qutusunu sükanın arxasındakı alətlərlə də idarə etmək mümkündür.
5 nəfərin rahat əyləşə biləcəyi Leon RF tam elektro paket, təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Seat Leon FR- öz klasında tamamılə işıq diodlaşdırılmış FULL LED optikalı yeganə avtomobildir.
2 zonalı “CLİMATRONİC” kondisioner sistemi vasitəsilə sürücü və sərnişin istəyinə uyğun temperaturu təyin edə bilərlər.
“SEAT SOUND SYSTEM 2.2” audio sisteminin 8 ədəd dinamiki vasitəsilə hər zaman yüksək keyfiyyətli səs effektləri əldə etmiş olacaqsınız. Yeni Seat Leon FR, 2 nəsil Leon-a görə 90 kg daha yüngüldür.Yeni Seat Leon FR-də sportiv və daha dinamiq bir görüntü qatan standart 16 və opsional 17-18 disklər təqdim olunur.
SEAT LEON modelinin qabaqcıl texnologiyaları içərisində adaptiv işıqlanma və bi-ksenon faralar sistemini xüsusi qeyd etmək lazımdır. Bu sistem bütün döngələr zamanı sizin yolunuzu işıqlandıracaq. Duman əleyhinə faraların isə döngələri işıqlandırma sistemi sizə əlavə üstünlük verəcəkdir.
XDS (Elektron Differensial Kilitlənməsi) – ESC (Elektron Stabilləşdirmə Sistemi) ilə birbaşa əlaqədə olan elektron sistemdir. XDS döngələrin keçilməsi zamanı daha yüksək səviyyəli nəzarəti əmin edir. XDS ( (Elektron Differensial Kilitlənməsi) ) hər bir təkərdə dövretmə sürətini tənzimləyərək avtomobilin döngələr zamanı sürüşməsinin qarşısını alır və avtomobilin idarəçiliyini daha da təhlükəsiz edir. Tələb olunan zaman bu sistem sayəsində hər bir təkər müxtəlif döretmə sürəti ilə hərəkət edə bilər və bu zaman avtomobil tam dinamikliyini qoruyub saxlayır.
Sürüş qərarlarınızı dinamiq olaraq analiz edən bu opsiyonal sistem, konsantrasiyanızu itirməsini tanıyar və sizə istrahət etmənizi məsləhət görər. Sistem sizi, 5 saniyə ərzində göstergə tabelində bir qəhvə fincanı şəkli göstərərək görünməli ve eşitməli olaraq uyarar.