Dekabrın 12-də Kiyevdə çılpaq aksiyaları ilə məşhur olan Femen təşkilatının fəalları parlamentin binası qarşısında aksiya keçiriblər. At quyruqları taxmış çılpaq qızlar "Senatdakılar atdırlar" şüarları səsləndiriblər. Oktyabrın 28-də keçirilmiş parlament seçkisi ilə formalaşan yeni parlamentin ilk iclası bu gün olub. Femen də əksəriyyətini hakim partiyanın təmsilçiləri təşkil edən bu deputatların "at kimi dinməz-söyləməz olmalarına" diqqət çəkmək istədiklərini deyirlər. Polis aksiyaçıları həbs edib.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации