*Bismilləhir Rahmənir Rahim*
*Bu gecə, Rəcəb ayının 13-cü gecəsi 2 ci məsum Vilayət Günəşi, İmamət Nurunun ilik Nuru, 1-ci İmam, Movləl Muvəhhidin Əmirəlmöminin Əli (ə) doğum günüdür.*
*Bütün müsəlmanları bu mövlud münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək!*
*Adı:* Əli (ə).
*Ləqəbləri:* Əmirəlmöminin, Heydər, Əsədullah, Murtəza, Zucul Bətul, Seyfullah,və...
*Künyəsi:* Əbulhəsən (Əbulhüsəyn, Əbu Turab).
*Atası:* Əbu Talib.
*Anası:* Fatimə Əsəd qızı.
*Doğulduğu Tarix:* Məkkə şəhəri, Kəbə evi. Amul Filin 30-cu ilində və Besətdən təxminən 10 il əvvəl. 13 Rəcəb.
*Şəhid olduğu tarix:* 40-cı hicri ili. Ramazan ayının 21. Ramazan ayının 19-da Əbdur Rəhman İbni Əmr ibni Mülcəm (lə) (İbni Mülcəm nisbətiylə tanınır) namazda səcdə halında həzrət Əlinin (ə) başını zəhərli qılıncla yaraladı 2 gündən sonra şəhadətə çatdı.
*Ömrü:* 63 il.
*Dəfn olunduğu yer:* İraq Nəcəfi Əçrəf şəhəri.
Övladlarının sayı: Məşhur tarixə əsasən təxminən 28 (12 Oğlan, 16 Qız).
*İmamət müddəti:* 30 il.
*🕌ELMİN ŞƏHƏRİ🕌*