YENİ YAZDIĞIM ŞEİR...
Xoşbəxt olduğum anlar-
Yalnız şeir yazdığım,
Qələmimdən sızdığım o kövrək, gözəl anlar...
Ondan başqa nə varsa..., ürəkdən qara qanlar..., axır...,
Səbəb də sənsən!
Və sən məni sevirsən...
Üzümə baxmağın yox,
Sözümə baxmağın yox,
Nə söyləsəm, nə etsəm..., ən ülvi hissləri də gətirib dilə, desəm,
əriyib axmağın yox.
və sən məni sevirsən...
Bu nə sevgidi, gülüm, gözlərinə baxıram, fəqət oxuna bilmir,
Bu nə sevgidi, gülüm, önümdə dolaşırsan, əlim toxuna bilmir
əllərinə diləsəm,
Gülüm, niyə beləsən?!
De, nəyin acığını alırsan məndən hələ,
Sevən öz sevdiyinə zülm edərmi bir belə.
Yorulmuşam içimdə danışmaqdan özümlə,
Yorulmuşam həm küsüb, barışmaqdan özümlə
Səni sevmişəm deyə,
Belə edirsən?
niyə?
Gülüm, yoxsa yetişib bu həyatın sonumu?
"mən səni sevəcəyəm bir ömür" - dediyində,
Deyirdin sən bunumu?
Qəribədir, necə də kor olmuşam gecə tək
Səni sevməzdim gərək,
Səni sevməzdim gərək!
Yox, deyəsən tələsdim bu sözü söyləməklə,
Sənin kimi mələklə sərt danışdım balaca,
Üzürlü bil, Balaca.
Bəlkə mən anlamıram sevgi nədir əzəldən,
Bəlkə vaxt ayırmıram sənə şeir-qəzəldən
yetərincə, bəs qədər,
əziz, doğma kəs qədər?
Bəlkə elə özüməm olanlara səbəbkar,
Günahkaram, günahkar.
Ola bilər, demirəm bu ola bilməz, bilər,
Amma mənim bəxtimə şairlik yazan Allah çətin ki, daha silər...
Mən beləyəm, bu cürəm,
Mən belə yoğrulmuşam.
Mənim şair olmaq tək bir istəyim olmayıb,
mən şair doğulmuşam!
Mənə xoşdurmu məgər sənlə sənsiz yaşamaq,
Sənsizliyin yükünü ürəyimdə daşımaq,
"kürəyimdə" daşımaq
mənə xoşdurmu, gülüm?
Eh... bəlkə də sən bunu anlamazsan mən sənə saatlarla danışsam,
anlatmağa çalışsam.
Sən yaxşısı budur ki, bütün dediklərimi başından çıxarıb at.
Artıq gecdi, gülüm, yat.
Mən isə hələ bir az, yenə oyaq qalacam,
xəyallara dalacam.
Yenə də əriyərək sözün gözəlliyindən qələmimdən sızacam,
Yenə şeir yazacam,
Yeni şeir yazacam!
Səninlə bütünləşib sən olacam bu gecə,
Şeirimin də adını qoyacağam beləcə,
"Səni yazdığım şeir"
Yeni yazdığım şeir!!!
Müəllif: Vüqar Rahi.