Türkiyə mətbuatının yayılan məlumata görə, balıqlarla şounu Fu Yandonq adlı illuzionist götərib. Şou onun fiti çalması ilə başlayır. Əvvəlcə o, əmri ilə çərçivənin içərisində olan balıqları birbaşa akvariuma keçirir. Daha sonra dayaz akvariuma 6 kiçik yapon balığı qoyulur. Onlardan 4-ü qara, 2-i isə narıncı rəngdə olur. Kiçik balıqlar sehrbazın yönləndirməsi ilə irəli, sağa-sola hərəkət etməyə başlayırlar. Daha sonra Fu Yandonq onlara ayrılmağı əmr edir. Nəticədə qara balıqlar akvariumin bir yanına, narıncılar isə digər yanına gedirlər.
Yapon balıqlarının şousu tamaşaçıları heyran etsə də, heyvan haqları müdafiəçilərini narahat edib. Onlar balıqların təbii şəkildə hərəkət etmədiyini, elektron maqnit dalğalara məruz qaldıqlarını deyirlər.
İlluzionist isə balıqların zərər görməsi barədə deyilənləri təkzib edib: "Maqnitdən istifadə etsəydim, balıqlar bir-birinə yapışardılar. Nə istəyirlər desinlər. Balıqlar təhlükədə deyillər".
Fu şounun sirrini açıqlamaqdan imtina edib.