Həzrət Ayətullah Mirzə Kamyab Axundzadə Mirzə Fətullah oğlu.Qafqaz məntəqəsinin əzəmətli alimlərindən,ali məqamlı ruhanilərindən biridir. O 1870-ci ildə Bakının Buzovna qəsəbəsində dünyaya gəlmişdir.Quran qiraəti,Gülüstan,Bustan,Nisabussibyan kimi vaxtı ilə Qafqaz mədrəsələrində tədris olunan kitabları,ilkin məlumat məqsədli dini hövzə dərslərini atasından və məntəqədəki başqa alim və ruhanilərindən öyrəndi. 1890-ci ildə iyirmi yaşında olarkən Qum elmi-dini hövzəsinə yola düşdü. Bir neçə il o zamanlar orada tədris edən alimlərin elmindən bəhrələndi. Sonra müqəddəs Məşhəd dini hövzəsinə səfər edərək ,o zamanlar orada tədris edən alimlərin elmindən faydalandı. Axundzadənin bu iki dini hövzədəki ustadları və orada neçə il qalması haqqında dəqiq məlumat yoxdur. Yalnız bu məlumdur ki, o, bu iki dini hövzədə on beş ildən çox oxuyub. Sonra isə elm və əxlaqi üstünlüklərlə dolu olduğu halda, öz doğma torpaqlarına geri dönüb. Belə ki, Mirzə Kamyab məntəqəsinin öndə gedən alimlərindən biri sayılırdı. O, Ayətullah Şəhid Şeyx Əbdulqəni Badkubeinin ruslara və ermənilərə qarşı mübarizəsində 《səngər yoldaşı》olmuşdur. Mirzə Kamyab vətəninə qayıtdıqdan sonra 《Məhəmməd》məscidində camaat namazı qılmışdır. Təzəpir və Əjdərbəy (göy məscid) məscidlərində moizə, təbliğ, dini marifləndirmə və ali səthi islam elmlərinin tədrisi ilə məşğul olmağa başlamısdır. Bu ilahi alimdə, məntəqənin başqa məzlum alim və ruhaniləri kimi kommunistlərin əzab-əziyyətindən, təzyiqlərindən və təhdidlərindən amanda deyildi.1929- cu ildə həbs edilərək, beş il müddətinə Sibirə sürgün edildi.1934-cü ildə Bakıya qayıtdı. Amma bir müddət sonra yenidən həbs edilərək, yaşadığı evdə daxil olmaqla, bütün əmlakı müsadirə edildi. Onu Quba şəhərinə sürgün etdilər. O, iki ildən sonra Bakıya qayıtdı. Bu dəyərli alim, 1936-cı ildə üçüncü dəfə ateist rejimin məmurları tərəfindən həbs edilərək, Şəhid edildi. Qiyamət günü məsumlarla məhşur olsun!.