Beyləqan. Zabitin toyundan.
Tale mənə yar olmasa, mən neyləyə billəm?
Zövqümcə nigar olmasa, mən neyləyə billəm?
Bir ahu baxışlı gözələ çoxdan əsirəm,
Ahımlə şikar olmasa, mən neyləyə billəm?
Meyxanədə həmdəm mənə mey camı əlində,
Bir laləüzar olmasa, mən neyləyə billəm?
Mərdliklə, sədaqətlə gözəl dost yolunda,
Bir can ki, nisar olmasa, mən neyləyə billəm?
Yüz il yaşayıb, bircə gün ömrümdə fələkdən,
Kamimcə məzar olmasa, mən neyləyə billəm?
Mən bir gül üçün yalvarıram xarə həmişə,
Güldən o kənar olmasa, mən neyləyə billəm?
Məhparələrin cövrünü çəkməkliyə, Vahid,
Könlümdə qərar olmasa, mən neyləyə billəm?