Ötən il mayın 23-də hərbi hissədə xidmət keçən zaman intihar edildiyi deyilən Tapdıq Babaşovun Bakı Hərbi Məhkəməsində cinayət işi üzrə prosesi keçirilib. Məhkəmə başlamazdan öncə Tapdıq Babaşovun anası üzünü zərərçəkmiş qismində prosesdə iştirak edən əsgərlərə tutaraq bu sözləri deyib:
"Heç olmasa bu dəfə vicdanınız ayılsın. Mən sizin gözlərinizdə həqiqəti görürəm. Deyin, Tapdıqı kim öldürüb. Həqiqəti danırsınız. Bir ömrü necə vicdansızlıqla yaşamaq olar? Açın, tökün hər şeyi, şərəflə yaşayın. Qorxursunuz ki, sizi də cəzalandırarlar? Onu bilin ki, əgər sussaz, Tapdıq kimiləri çox olacaq. Mənim balam sizin hüquqlarınızı müdafiə edərkən şəhid oldu. Oğlumun sevdiyi bu vətəndə, vətənsiz qoydular bizi."
Proses zamanı dindirilən zərərçəkmişlər Tapdıq Babaşovun mülayim xarakterli, intihara meyilli olmadığını, hadisə günü əsgərlərə tarixdən dərs də keçdiyini deyiblər. Prokuror təqsirləndirilən Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadovun Tapdıq Babaşovu və digər əsgərləri hərbi xidmət zamanı dəfələrlə döydüklərini, təhqir etdiklərini bildirib. Təqsirləndirilən şəxslər ittihamı qəbul etməyiblər.
Növbəti məhkəmə prosesi yanvarın 26-na təyin olunub.
Ətraflı OXU:
Kanala abunə ol -
https://goo.gl/TcM9Fm
WebSite:
http://www.meydan.tv
Facebook:
http://fb.com/MeydanTelevision
Twitter:
http://twitter.com/MeydanTV
Google+
https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram:
http://instagram.com/meydantv
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin "Xalqın Xəbəri" vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646